Fəsil 19
Üçüncü planet yox olur.
Bu gün artıq vrou ayının biri idi. Qızlar Məleykəyə heç nə demirdilər. Aylin dedi:
Kəmərləri bağlayın. Qızlar yola düşdülər. Marsa gedirdilər. Elə əsəbi idilər ki, heç planetlərə belə baxmadılar. Bir saat keçmişdi . Aylin yenə dedi:
-Gəldik. Səssizcə düşün. Onların yanlarına gedə bilmək üçün Marsın altından fırlanmalıyıq.Belə də etdilər. Bir də nə görsələr yaxşıdır? Bir dənə arıq zombi oturub taxtda başında tac əlində əsa ... Nərgiz dedi:
-İlk öncə ağıllarını başlarından almalıyıq. Bu çətin olmayacaq.-Nərgiz alqış vurdu. Sanki, zombilərin üzləri düşdü.Həcər yoxlamaq üçün bir zombinin burnuna arxadan sarımsaq tutdu və dedi:
-Alınır.-Bunu eşidən Ayşə taxtın arxasından yaxınlaşdı. Sarımsaqları başçının qucağına tökdü. Başçı sıçradı və nə isə dedi. Onda zombilər baş qaldırdılar. Nərgiz, Zeynəb,Ayşə və Həcər eyni anda alqış vurdular. Bu iyi özləri hiss etmədilər. Çünki kosmonavt paltarında idilər. Plan baş tutmuşdu. Zombilərin ayaqları yerdən götürüldü. Göyə qalxdılar. Tərifə gülərək dedi:
-Gəlin. Bunlar gedib hansısa planetə dəymədən əl-ələ tutuşmalıyıq. – Onu da birləşdilər. Hamısı yox oldular. Heç bir saniyə keçmədi ki, Mars geri qayıtdı. Yeni Mars və yeni həyat...

