Fəsil 18
Məleykə tapıldı
Aylin əlində maşa ilə qayıtdı. Maşanı qapağın ağzına keçirdi. Qapaq qalxıb yerə düşdü. Parlaq çəhrayı-mavi tonlarında ətrafa bir işıq yayıldı. Necə oldusa, Məleykə şüurunu itirmiş vəziyyətdə havaya qalxdı. Yerə düşən kimi qızlar onu tutdular. Qapaq öz-özünə bağlandı.
Məleykəni evə gətirdilər. Aylin Məleykəni şillələyirdi:
-Oyan , Məleykə. Zeynəb, su gətir tökək.
Zeynəb su gətirdi. Suyu Məleykənin üzünə tökdü. Məleykə üzünü turşutmuş halda gözlərini açdı. Nərgiz soruşdu:
-Sənə nə oldu, Məleykə?
-Əsas sizə nə olub? Niyə başıma yığışmısınız. -Məleykə heç nəyi xatırlamırdı. Kimsə bunu vaxt qazanmaq üçün etmişdi.

