İçeriğe geç

Lunatiklər binası

Bölüm 41 · 1 dk okuma

Lunatiklər binası

Bölüm 41

İkinci pərdə Onluğun qalibiyyəti

Fəsil 20

Onluğun qalibiyyəti

Yerə çatan kimi Məleykəgilin əl işi ilə bütün Yer insanları hər şeyi unutdular. Məleykəgil zaman axınında itkin düşməmişdən əvvəlki evlərinə qayıtdılar. Əlbəttə , qalibiyyəti qeyd edəcəkdilər. Avqustun dördü idi. Avqustun beşi Nərgizin anasıgil ev olmayacaqdılar. Ona görə Nərgiz qızları dəvət etmişdi.

Qızlar axşam doyunca yatdılar. Sabahısı gün Nərgizgildə musiqi ilə şənlik verdilər. Nərgiz dedi:

-Qızlar axır ki, hər şey düzəldi. -Gülüşdülər.

Dənizin telefonuna gizli nömrədən zəng gəldi

-Qızlar mahnının səsini alın. Bilmədiyim bir nömrədən zəng gəlir. Alo, salam. Kim idi?

-Alo, salam. -Xırıltılı bir səs eşidildi. İstər-istəməz bütün qızlar zəngə qulaq asırdılar. -Əziz möhtəşəm onluq, sizə kiçik bir etirafım olacaq.-Hamı susmuşdu. -Hər zaman iddialarını bilənlər uduzanlardır. Hər şeyi məhv etməyə düşüncələr yetər. Lovitada da belə olacaq. Sadəcə, bir və ya min düşüncə dünyanı dağıdacaq. Sonra Yer, sonra da bütün planetlər...-O an, sadəcə, bir hiss var idi:

Bitkinlik...

Son...

Ərşə qalxıb yerə çırpılmaq...

Solğun və yorğun...

_____________________

Əlbəttə ki, son deyil. Eyni tempo ilə davam edirik. Üçüncü pərdəyə başlayırıq.

Bölüm sonu

1 yorum