İçeriğe geç

Sidelya: İtmiş Varis

Bölüm 4 · 4 dk okuma

Sidelya: İtmiş Varis

Bölüm 4

2.bölüm "Gözlənilməyən Fəlakət"

"Mənə elə gəlir ki, axtardığımız fürsət ayağımıza gəlib" dedim xəritəyə baxaraq. Əgər bu fikirləşdiyim şeydirsə....

"Helenə inanmaq nə qədər doğrudur bilmirəm. Və bu xəritənin bizi istədiyimiz yerə aparacağı da məlum deyil" Mary yenə təmkinlə hərəkət edirdi.

"Mary, itirəcəyimiz heç nə yoxdur. İllərdir bu ərazini axtarırdıq, Kül Vadisini tanımasaq belə bəzi ərazilər qədim qəbilələrin yaşadığı yerlər kimi səciyyələndirilir. Amma əgər narahatsansa öncə araşdırma edək. Tam əmin olduqdan sonra yola çıxarıq"

"Bəs Helen, ona nə olacaq ?" Soyumuş kofemdən içərək "O dəli çox yaxşı başının çarəsinə baxa bilir" dedim.

1 gün sonra:

"Bəli. Sağ qalan tək varisi mənəm" dedim işçiyə. Lazım olan bir neçə sənədi imzaladıqdan sonra içində nə olduğunu bilmədiyim kassanın qapısını açdı. Kassadan bir neçə zərf, yaqut və zümrüd kimi dəyərli daşlar çıxardı. İlk dəfədir gördüyüm dəyərli daşlara təəccüblə baxırdım. Deyəsən Maria haqqında heç nə bilmirdim. Nədənsə həmişə mənə miras qoyduğu şeylərin bir parça qədim qab olduğunu düşünürdüm. Amma nə olursa olsun bu qiymətli daşları heç vaxt işlətməyəcəkdim. Mən başqa bir şey axtarırdım, daha dəyərli bir şey.

Bütün proseslər bitdikdən sonra kiçik bir kafedə əyləşdim. Məqsəd evə getmədən öncə bir az məlunat əldə etmək idi. Uşaqlıqda Marianın dilindən Kül Vadisi deyə bir yerin varlığını eşitdiyimi xatırlayırdım.

Birinci zərfi açdım:

"Bir payız səhərində yağan yağışın hər bir damlasında sənin bahar ətrini axtarıram...."

və davamında məni sıxacaq qədər sevgi sözcükləri işlənmişdi. Heç bir lazımlı məlumat olmadığnı gördükdə digər zərfi açdım

"Ölüm ayının 21-ci günü" indi diqqətimi çəkmişdi. Maria mənə həmişə "sən ölüm ayının 21-ci günündə doğulmusan" deyərdi

"Durmadan qar yağır. Bu gün Teodorun ikinci övladı dünyaya gəldi. Qorxuram Altan! O uğursuzun yolunu davam etdirəcək deyə çox qorxuram"

Üçüncü zərf:

"Rosa ayının 11-ci günü. Bu gün krallıqda hamı şənlik üçün hazırlaşır. Balaca şahzadə ilk dəfə xalq arasına çıxacaq. Ah Altan! Bir bilsən necə böyüyüb!?"

Altan adının çəkildiyi ikinci məktubdur. Ancaq kim olduğu haqqında heç bir məlumat yoxdur. Birdəki balaca şahzadənin adı yazılmayıb.

Və sonuncu məktub:

"Diaboli ayının 7-ci günü. İki gün əvvəl Cəhənnəm Kralının sağ qalan yandaşlarından biri Aresi qaçırdı. Hər an Edvard hücum edə bilər. Kiçik varis hər şeydən xəbərsiz öz oyuncaqları ilə oynayır. Bu gün onunla birlikdə buralardan getməliyəm. Mənə sadəcə sən kömək edə bilərsən Qoran"

O hara getməkdən danışır? Qoran kimdir? Ən əsası istədiyi yerə gedə bildimi ? Ən yaxşısı parçaları birləşdirməkdir.

Mən qış ayının 21-i doğulmuşam. Marianın deyimi ilə ölüm ayının 21-ci günü. Elə isə məktubda yazılan doğum günü mənim haqqımdadır. Teodorun ikinci övladı... Ağlım çox qarışdı. Bəs Kül Vadisi? Onun burada rolu nədir?

Kafedən ayrıldıqdan sonra evə qayıtdım. Bəlkə Mary yararlı bir şey tapmışdır. Evə gələndə günün orta saatları idi. Hələ gün batmasına qədər vaxtımız vardı. Evə girdiyimdə qapının yanında böyük bir çantanın olduğunu gördüm. 3 nəfərlik olan kiçik yataq otağına baxdım. Mary hər şeyi toplamışdı. Axı hələ vaxta çox var idi və yetərli məlumatda toplamamışdıq. Mary mətbəxdə bir şeylər hazırlayırdı. Ayaq səslərimi eşitdikdə işindən ayrılıb mənə baxdı. Gülən üzünə baxdığımda yaxşı məlumatlar əldə etdiyini başa düşdüm. Ağlımı oxumuş kimi fikirlərimi səsləndirdi. "Çox yaxşı məlumatlar tapmışam. Məncə gün batmadan yola çıxa bilərik" dedi həvəslə

"Əvvəlcə məlumat ver"

"Lenora, sənində dediyin kimi Kül Vadisi heç kəs tərəfindən tanınmır. Ancaq ətraf əraziləri qədim tayfaların yaşadığı ərazilərdir. Bundan əlavə vadinin əfsanə olduğuna inanılır. Bəzi insanlar onun lənətli olduğunu düşünürlər və heç adını belə çəkmək istəmirlər. Axşam o ərazilərə tədqiqat xarakterli səyahət olacaq. İkimizində adını qeydiyyata yazdırdım" həqiqətəndə məndən fərqli olaraq yararlı məlumatlar idi.

"Elə isə dincələk Mary. Bu bizim üçün çətin səyahət olacaq"

Yazıçının dilindən:

İki qız gün batmasan öncə bir qrup tədqiqatçı ilə birlikdə yola çıxdılar. Rəhbərləti isə Marcus adlı gənc arxeoloq idi. Lenora yol boyunca məktubları düşünürdü. Bir çox ipucu var idi, ancaq onları tapmaq istəmirdi. Çünki indiyə kimi sorğu-sualsız inandığı həyatı əslində bildiyi kimi olmasa bunu necə toparlayacağını bilmirdi.

Qrupda Lenora və Mary ilə birlikdə 7 nəfər var idi. Əslində tədqiqat qrupları çox idi. Lakin Kül Vadisinə sadəcə bu 7 nəfər yönəlmişdi. İçlərində xəzinə toplamaq istəyənlər, vadiyə görə mükafat almaq istəyənlər və ya sadəcə elmi sübut üçün vadini axtaranlar var idi. Belə insanlar ilə yola çıxmaq təhlükəli idi. Çünki hamısı bir məqsəd uğruna bir-birini təhlükəyə ata bilərdilər. Lenora ilə Mary təmkinli hərəkət edib heç kəslə danışmadılar və məqsədlərini də heç kəsə demədilər.

Üç günlük yolun sonunda onlar,sonunun harada olduğu bilinməyən okean ilə qarşılaşdılar.Gənclər bu səyahət üçün nəzərdə tutulmuş gəmiyə mindilər.Əks halda nəhəng okeanı başqa şəkildə keçə bilməzdilər.Ancaq hələ okeanın yarısına çatanda heç gözləmədikləri bir şey baş verdi.

Lenoranın dilindən:

''Bu nədir belə?'' deyə qorxu içində sükanın yanında duran Marcus'a baxdım. O da belə bir şey gözləmirmiş kimi qaşlarını çatmışdı.

"Tufan? Ola bilməz.Bu gün hava aydın olmalı idi.''

"Hamı möhkəm dursun" kapitan tufandan qaçmaq üçün sükanı çevirdi .Tez Mary-nin yanına qaçdım. "Lenora buradan sağ çıxa bilmərik."deyə özünü itirdi.

"Yox Mary möhkəm tut.Ümidini itirmə"

Tufanın yaratdığı nəhəng dalğalar səbəbi ilə gəmi yellənirdi. Və biz sabit qala bilmirdik . Kapitan nə qədər cəhd etsədə gəmi ona tabe olmurdu. Son getdikcə yaxınlaşırdı Üzümü Mary'ə tutub danışmağa başladım "Mary mənə söz ver ki, sağ qalsaq bir-birimizi itirsəkdə yaşamağa çalışacaqsan"

"Söz verirəm. Sən də söz ver" dedi ağlayaraq.

Amma mən danışa bilmədən tale sözünü dedi. Nəhəng dalğa axır ki, qalib gələrək gəmini aşırdı. Biz isə okeanın dərin,qaranlıq və soyuq suyunda bir-birimizi itirdik.

Bölüm sonu

1 yorum