İçeriğe geç

Sidelya: İtmiş Varis

Bölüm 3 · 3 dk okuma

Sidelya: İtmiş Varis

Bölüm 3

1.bölüm "Ölüm və Qalım savaşı"

Və qaranlığın içində beş ruh yola çıxdı. Onlar sonsuzluğu axtarırdılar. Lakin sonsuzluğa çata bilmədən son oldular-

~Son~

Bir aya yaxındır oxuduğum romanın son cümləsinə göz gəzdirib qapağını bağladım və rəfə qoydum. Bir kitab daha qaranlığa tərk edildi. Tələsmədən əşyalarımı çantama yerləşdirdim. Həmişə ki kimi kitabxanadan axırıncı çıxan mən idim. Paltomu geyinib ətrafa göz gəzdirdim. Sanki bu doğma yeri sonuncu dəfə görürmüş kimi hiss edirdim. İçimdəki uğursuz fikirlərin hamısını əlimin tərsi ilə kənara çəkdim. Bu gün olmazdı. Əlimi kitabxananın nəhəng qapısının tutacağına qoyub çevirdim və çölə çıxdım, arxasından da yenidən bağladım. Bu kitabxananı oxumağı sevəndən bəri ziyarət edirdim. Qış fəsli olduğundan çöldə yağış yağırdı. Amma hər zamankından fərqli idi, şiddətlə yağırdı. Başımı səmaya qaldırdım:

"Görəsən şəhər bu gün kimin üçün ağlayır?" deyə fikirləşdim.

Vaxt itirməyib yoluma davam etdim. Ətraf hər zamankından daha qaranlıq idi. Səmada ulduzlar yox idi, ay buludların arxasında gizlənmişdi. Küçələrdəki işıqlar gah yanır gah da sönürdü. Yağışın səsindən bilinməsədə ətraf çox səssiz idi. Eynən qasırğanın mərkəzində olan mayakdakı səssizlik kimi.

Yalnızlığın və qaranlığın gətirdiyi qorxu ilə daha da sürətləndim.

Evə çatanda başdan aşağıya qədər su içərisində idim. Qapını açdığımda bütün işıqların açıq olduğunu gördüm. Ah Mary! Mənim əksimə işıq onun yaşam səbəbi idi. Yetimxanadan ayrıldıqdan sonra Mary, Helen və mən -üçümüz maddi imkanımızı da nəzərə alaraq ev kiralamışdıq. Mary və mən arxeoloq işləyirdik. Helen isə bir restoranda işləyirdi. Helen.... O bir az qəribə birisi idi. Hər gün evə gələndə yeni bir səhnə ilə qarşılaşırdıq. Bunu fikirləşəndə "Görəsən bu gün başına nə gəlib?" deyə düşünməkdən özümü ala bilmirdim.

"Mary?" adını səsləyərək içəriyə ilk addımımı atdım. Mary çox kiçik olan qanaq otağında əyləşmişdi. Kömür qarası saçları üzünü gizləyəcək şəkildə önünə tökülmüşdü. Əlində isə bir dəftər var idi.

"Xahiş edirəm Helenin bu gün sağ şəkildə evə qayıtdığını de"

Anidən biri toxunmuşcasına səksənərək başını qaldırdı və gözlərim yaşılın ən açıq tonu olan gözləri ilə kəsişdi.

"Bir şey olub, hə?"

Artıq Helenin şizofreniya xəstəsi olduğunu düşünürdüm. Belə biri ilə eyni evdə yaşamaq ağıl işi deyildi.

"Lenora.... Əslinə baxsan bunun yaxşı yoxsa pis bir hadisə olduğunu bilmirəm. Amma Helen məktub və dəftər qoyub evi tərk edib" dedi. Yenə hər zaman olduğu kimi gözlərindən bir neçə duyğu keçirdi.

"Məndə bunu nə vaxt edəcək deyə fikirləşirdim" dedim özümə kofe hazırlayarkən. Bu gecə oyaq qalmağa ehtiyacım var idi. Sonuncu layihəni bitirməliydim.

"Sən bu əlifbanı bilirdin?" yazını oxuya bilməyim üçün məktubu görə biləcəyim şəkildə yuxarı qaldırdı. Qaşlarımı çatdım. Bu əlifbanı uşaq olarkən mənə bibim öyrətmişdi. Deyəsən mənə etdiyi lazımsız yaxşılıqlardan idi. Yanına gedərək məktubu əlimə aldım.

"Unu, doi, trei. El tese firele destinului. Aleasa este pe cale sa vina. El trebuie sâ ia sforile destinului. Moarte, viatâ, onoare, absentâ, existentâ. Farmecul tronului. Dorinta de dominatie. Totul este în mâinile tale"

"Bir, iki, üç. Tale iplərini hörür. Seçilmiş olan gəlmək üzrədir. Talenin iplərini əlinə almalıdır. Ölüm, yaşam, şərəf, yoxluq, varlıq. Taxtın cazibəsi. Hökmranlıq istəyi. Hər şey onun əlindədir"

Mary də anlasın deyə tərcüməsini yüksək səslə dilə gətirdim. Axı mən bu dili öyrənərkən bibim bunu heç kəsin bilmədiyini demişdi. Bundan əlavə olaraq bütün dilləri araşdırmışdım, hətta işimizin tələbi olaraq ən qədim dilləri belə öyrənmişdik. Amma belə bir şeyə rast gəlməmişdik. Doğrusu bəzən bibimin bu dili necə öyrəndiyi barədə fikirləşirdim. Ancaq normal birisi olmadığı üçün bunu qəribsəmirdim.

"Bu dəftərdə də qəribə şeylər yazılıb" deyə Mary fikirlərimi dağıtdı. Bənövşəyi rəngdə bir dəftər idi. Amma ara-ara parlaq mavi rənglə boyanmışdı. Mümkün olduğunu bilsəydim sehrin gözəl nümunəsi olduğunu deyərdim. Dəftəri açdığımda gördüyüm sözlər məni təəccübləndirdi. Dəftərin ortasında böyük hərflərlə:

"ÖLÜM VƏ QALIM SAVAŞINA XOŞ GƏLDİNİZ ƏZİZ QURBANLAR!" yazılmışdı. Və digər səhifədə bizə heç tanış olmayan ərazinin xəritəsi təsvir edilmişdi. Deyəsən indiyə kimi Heleni ciddiyə almamaqda yalnış etmişdik.

............

Salam əziz oxucular! Bu hekayə mənim öz xəyal gücümün məhsuludur. Ümid edirəmki bəyənərsiniz. Önyarqı ilə yanaşmadan əvvəl rəy bildirsəniz çox sevinərəm. Fikirləriniz mənim üçün çox dəyərlidir. ☺️☺️❤️🌹

Bölüm sonu

0 yorum

Bu bölüme henüz yorum yapılmamış. İlk yorumu sen yaz.