-(mən)Yerdə kiçik bir qan gölməçəsi var idi. Özüdə qışqırıq gənc qadından gəlirdi. 1 dəqiqə sonra isə cəsəd tapıldı. Deməli bu indicə baş verib. Cinayətkar çox yaxında olmalıdır.
-(mən səsli)ey! Cinayətkar yaxınlarda olmalıdır. Buralardakı bütün küçələr məhəllələr yaxşıca axtarılsın. Təcili.
-(mən)Yerdə isə qan ilə yazılmış bir yazı var idi:
"Bunun günahkarı mən deyiləm". Deməli bu cinayətin arxasında daha böyük bir şey var. Hmm... Bir dəqiqə!
Ölən 10 yaşlı uşaq telefon ilə zəng etdikdə, kimsə ona "səni öldürməyəcəyəm!" Deyib! Bəlkədə....Cinayətkar onu öldürməyib. Yox yox! Elə bir şey olsa... bəs yerdəki yazının nə mənası?! Bəlkədə bizi çaşdırmaq üçün yazıb. Bəlkə də.. bəl kə də ikisi ayrı-ayrı insanlardır?! Offf! Bunun baş verməsi çox kiçik bir haldı amma imkansız deyil! Özüdə uşağa yaxınlaşanda əlindəki bıçaq da qanlı imiş. Əgər elədirsə deməli bundan əvvəl birisini daha öldürüb. Amma kim? Başqa bir cəsəd tapılmayıb. Özüdə bizimlə zarafat edirmişcəsinə gözümüzün qabağında öldürdü o qadını. Özüdə qonşuların heçnə bilməməsi də bir az şübhəlidir.
-Salam Sevda xanım!
-Oh. Salam Həsən bəy.
- görürəm yenə iş başındasınız.
- bəli.
-Bu sənədlərə göz gəzdirdim. Uşağın və ailəsinin kimliyi çıxarıldı. Ailəsinə də zəng vuruldu. İndi bura gəlirlər. Uşağın adı: Əmir Ələkbərov dur. Valideynlərinin adı isə : Gülnar və Səməd dir.
- məndə bu haqda fikirləşirdim. Çox ehtimallar var. Hamısına göz gəzdirməliyik. Amma indi təcili cəsədi tapmalıyıq.
-Nə cəsədi?
- mənim fikrimcə 1 cəsəd daha var. Çünki Uşağın dediyinə görə əlindəki bıçaq qanlı imiş. Deməli qurbanı təkcə bu ikisi deyil.
- niyə ki? Bəlkə birinci qadını sonra uşağı öldürüb?! Bu daha inandırıcı deyil mi?
- Amma qadını indi öldürdü.
- necə?
- məndə bilmirəm. Amma indicə baş verdi.
-... bəlkə, o bıçaq ilə kimisə öldürməyib, sadəcə bədənin hər hansı bir hissəsinə xəsarət yetirib?!
- bu da mümkün ola bilər. Lakin nə uşağın nədə qadının bədənində heç bir izə rast gəlinməyib.
- bu çox şübhəlidir. Özüdə cəsədin itməsi..
-böyük ehtimalla bıçağı özü ilə aparıb .
- özüdə deyilənə görə əlindəki kəsici alət uzun imiş.
- heç kəsə görünmədən bunu bacarırsa deməli çox təcrübəlidir. Həmişə bizdən bir addım qabaqdadır. Mənim fərziyəmə görə...
(Birdən bir qışqırıq səsi gəldi. Kimsə ağlayır bir tərəfdən
-oğlum oğlum əmirim
Deyə qışqırırdı.)