-A...Alo!
- 102 nömrə. Polis idarəsi. Buyurun.
-Xahiş edirəm mənə kömək edin. Birisi var.
- Xahiş edirəm sakitləşin və danışmağa çalışın. Biz sizə əlimizdən gəldiyində kömək edəcəyik.
-mən...məni tapacaq! Çox qorxuram. Əlində qanlı bıçaq var. Mənim adımı çağırır.Məni öldürməyəcəyini deyir.
-Siz hardasınız? Mənə bildirin indi ən yaxın polis idarəsindən polislər gələcək. Sakitləşin. Qorxmayın. Sizi xilas edəcəyik.
- Səməd vurğun küçəsi. İnşaat mağazasından uzaqda sağda.
- Oldu. Biz indi ora ən yaxın polis idarəsindən əməkdaşlarımızı ora yönləndiririk. Siz bizimlə əlaqədə qalm...!
- Çox qorxuram. Deyəsən bura gəlir. Yox...
Yox... YOX!
-Alo?.. alo! Siz oradasınız? Cavab verin.
-...
POLİSLƏR EVƏ DAXİL OLDUQDA CƏSƏDİ TAPMADILAR.QATİLDƏ YOXA ÇIXMIŞDI. CİNAYƏT SİLAHI DA ORADA YOX İDİ. BİR ÇOX İNSAN HADİSƏ YERİNƏ TOPLAŞMIŞDI. QURBANIN AİLƏ YAXINLARI ORTALIQDA YOX İDİ. ƏTRAFDAKILARDAN SORUŞDUQDA ONLAR UŞAĞIN VALİDEYNLƏRİNİN SƏHƏRDƏN AXŞAMA QƏDƏR İŞDƏ OLDUĞUNU, OĞULLARINA BAXMAQ ÜÇÜN İSƏ BİR BAXICI TUTDUQLARINI BİLDİRDİLƏR. BAXICI İSƏ BURADA DEYİL O DA İTİB. BAXICI HƏLƏLİK ŞÜBHƏLİ ŞƏXS QİSMİNDƏ SAXLANIR. ƏGƏR ONU TAPSAQ ONUN ÜÇÜN AYRICA OLARAQ İSTİNTAQ APARACAĞIQ.
-Salam mən dedektiv Sevda Məmmədova. Bu cinayət işi ilə mən şəxsən məşğul olacağam.
- (Polis 3)Salam Sevda xanım. Buyurun cinayət haqqında qısa məlumat verilib.
(Bir az göz gəzdirər).
-... ! Bu nədir?! Burada əl ilə tutula biləcək bir fakt yoxdur. Evin ətrafı, içi və s. Yenidən axtarılsın. Nə olursa olsun bir iz olmalıdır.
- (polis 3)ey! Sevda xanımı eşitdiz. Yenidən evi yaxşıca axtarın.
(Təxmini 35 dəqiqə sonra)
Birdən hardansa səs gəldi. Kimsə qorxu içərisində qışqırırdı. Səs evin zirzəmisindən gəlirdi.
-(Polis 3)İçəridə xəsarət almış bir cəsəd var.
-Deyəsən bu ölən uşağın baxıcısıdır.(oxuyur).
Əliyeva Gülçin Şahin qızı 30 yaşında imiş. Tanınmaz vəziyyətdədir. Döş və qarın hissəsində kəsik izləri var. Amma dərin deyil qanına daxil olmuş zəhərli maddə tapıldı.
-(mən səsli) yaxşı başa düşdüm. Bu cinayət ilə bağlı bütün sənədlər mənə çatdırılsın. Araşdırmaya davam.

