1. Bölüm
Yağış damcıları bir-bir üzümə damcılayırdı. Hamısı göz yaşlarımı gizləyirdi lakin titrəyən ürkək vücudumu gizləyə bilmirdi. Gecənin qaranlığına qarışmış ulduzlar və ay, islanmış amma küləyə qarşı gələn ağaclar və bu havada kimsəyə lazım olmayan küçənin yanan işıqları. Hamısı çox qorxunc görünürdü. Azad olmağın bu qədər soyuq olduğunu bilmirdim. Titrəyən bədənimlə asfalt da gəzirdim. Yollar bomboş, saatın gec olduğundan çox məkan bağlı idi. Əlimi çantama götürdüm, ən çoxu çay içməyə bəs edəcək qədər pulum var idi. Biraz daha gəzdikdən sonra qarşıda balaca amma girişi işıqlandırmalarla bəzədilmiş bir kafe var idi. Dərhal tez addımlarla kafeyə yaxınlaşdım. İçərisi isti idi və divarlarda qəşəng rəsmlər var idi. Arxa fonda sakitcə gedən musiqi və içəridə iki adam çay içərək söhbət edirdilər. Ofisianta çay gətirməsini xahiş etdim və pəncərəyə yaxın bir stula əyləşdim. Çantamı yanımdakı stula qoydum. Ofisiant gəlib çayı verdikdən sonra əllərimi stekanın ətrafına doladım. Əllərim isinirdi, ətrafa biraz baxdıqdan sonra üzümü pəncərəyə çevirdim. Pəncərədə özüm ilə göz-gözə gəldim. Saçlarım islanmış, çiyinlərim aşağıya düşmüş və gözümdəki sürmə axmışdı. Baxışlarımı tez çayıma çevirdim. Çaydan çıxan dumanlara baxırdım, çox isti idi. Bu qədər istiliyi sevməzdim. Ətrafıma yenidən baxdım. İki adamın gülümsəyərək söhbət etmələri gözümdən qaçmadı. Deməli kişilər gülər üzlü ola bilərlərmiş. Dərin bir nəfəs aldım və yenə üzümü çaya çevirdim. Fikirlər məni boğurdu, necə bu hallara düşdüyümü bilmirdim. Azadlıq bu idi? Öz seçimim bu idi? Yaşamaq xoşbəxtlik bu idi? Çox şey düşündüyüm kimi deyilmiş... . Boğazımın düyümləndiyindən çayımdan bir qurtum içdim, boğazımdan güclə keçdi. Və harada nəyi səhv etdim deyə düşünməyə başladım. Ağlımda yaranan suallar və yaşanmışlıqların qəzəbi bir stekan çaya zərər oldu. Stekan qırıldı içindəki qaynar çay isə masanın üstünə yayıldı. Masadakı iki adam üzlərini mənə çevirərək baxdı. Ofisiant əlində əsgi ilə gəlirdi. Masanın üzərisində yanlızca çay olduğunu düşünürdüm amma bəyaz masanı rəngləndirən yalnızca çayın rəngi olmadı. Əllərim titrəyirdi və çox pis yandırırdı axıcı bir şəkildə süzülən qırmızı maye masanın üzərini daha da rəngləndirirdi. Düzünü desəm heç canımın yandırdığını bəlli etmədim. Yanlızda dayandım və ofisiantın masanı təmizləməsini və əlim üçün tez-bazar bir şeylər etməsinə baxdım. Bu zaman sadəcə udquna bilmədən yanlızca gözümdən axan yaşlara buraxdım sözlərimi. Əlim sadəcə yara oldu deyəmi ağlayıram? Yoxsa çoxmu böyüdürəm? Uşaq zamanı da belə idim. Bir şeyləri qırar və yaxud özümə zərər verərdim. Amma heç zaman təsəlli edilməzdim, çünki səhv məndə olardı.