Qaranlıq bir dünyada qızıldan bir qəfəsdə yaşamaq çətindirmi? Bəli çətindir. Hər nə olsada qəfəs hər zaman qəfəsdir, qızıldan olsa belə nə fərq edir? Səni azadlıqdan məhrum edir.
Həqiqətən azadlıq nədir? Hər istədiyini edə bilməkmidir? İnsanlar nə etsələrdə hər zaman tamamilə azad ola bilməzlər. Kasıb insanlar istədiklərini əldə edə bilmədiklərindən, imkanlılar isə özlərini süniləşdirdiklərinə görə və insanlar içərisində üst təbəqə olduqlarından azadlıqdan bir növ məhrum olurlar.
Azadlıq dediyimiz şey əslində zehnimizdən asılıdır. Hər bir insan üçün olan bu azadlıq fərqli bir şəkildədir. Kimisi üçün imkanlı olmaq, kimisi üçün isə kasıb olmaq, kimisinə görə dünyanı gəzməkdir. Hər bir insanın düşüncəsi fərqli olduğundan, azadlıq deyilən söz stabil qala bilmir. Bəlkədə sən kimsənin azad dediyi bir həyatı yaşıyırsandır.
Azadlıq seçim seçməkmidir? Əgər elə bir şeydirsə azadlıq deyilən birşey yoxdur. Bu həyatda heç zaman seçimsiz yaşamaq olmur çünki "seçim seçməmək belə seçimdir". İnsanların həyatları verdikləri seçimlərdən asılıdır. Amma bu seçimlər heç zaman özlərinin olmayıb. Hansısa bir yerdə seçim varsa orada azadlıq yoxdur. Çünki bizə verilən seçimlər əsasında bir seçim seçiriksə o bizim məcbur olduğumuzdandır. "Həyat seçimlərdən ibarətdir, sən isə onun köləsi".Həyat seçimlərdən ibarətdir, sən isə onun köləsi". Bir məsəl çəkək; bir ev valideynlər və bir uşaq. Uşaq valideynlərinin verdiyi seçimlərə əsasən yaşayır. Ailəsinin imkanı nə qədərsə o qədər iləri gedə bilir. Təkcə imkan da yox ailəsinin dünya görüşü uşağın azadlığıdır. Bu təkcə ailədə olmur, bizim üst təbəqə insanlarımızın verdiyi seçimlərə əsasən hansısa bir seçim seçə bilirik. Əgər dünyada üç peşə olsa idi onlardan birini seçməli olacaqdıq. Seçimlər bizim deyilsə, biz azad ola bilmərik. Düzünü desək bu çox qarışıq mövzudur. Hekayənin girişini uzatmayaq. Yaxşı oxumalar.