Bacarırsan əgər bacarmasaydın, mən sənə niyə bu təklifi edim?
-...məni necə yoxlayacaqsan?
-özün görəcəksən. Başlayaq.
Bax. Bütün silahların özünə məxsus istifadəsi var. Və bu silahları istifadə etmək üçün xüsusi bacarıqlar lazımdır. Məsələn: sürət, qüvvə, elastiklik,ağıl, və.s.
-anladım.
- gözəl .
Əlimə taxta bir çubuq verdi.
-al bunu.
-...
- indi mənə qarşı bütün gücün ilə savaş.
- n..nə?!
Birdən birə mənə qarşı qaçmağa başladı.
Əlində heç bir silah yox idi. Amma yenə də məni heç gücünü istifadə etmədən məğlub etdi.
- sən nəyə görə hərəkət etmədin?
- ç..çünki mən həyacanlandım.
-...yaxşı onda gələn dəfə sən mənə hücum edərsən. Yaxşı?
- yaxşı...
- indi səni silahlarla tanış eləyim.
4 böyük qutu gətirdi və içərisindən silahları çıxardı.
- bax bu gördüyün normal qılıncdır. Ancaq bu isə katana dır.
- ikisi də eynidir axı mə fərqləri var?
- yox, eyni deyil aralarında çox fərq var . Katanalar eninə kəsmək üçün çox əlverişlidir, lakin onu dümdüz istifadə edəndə qırıla bilər. Normal qılınc isə əsasən düz istifadə olunur. Həmdə katana Normal qılıncdan daha yüngül olur. Başa düşdün?
- ...hə
- gözəl. İndi buna bax bunun adı isə urumi dir.
- o nədir?
- Cənubi Hindistan da ilk dəfə ortaya çıxıb. Uzunluğu 2 metr və ya daha çox olur.
- anladım.
- bəs bu silahı işlətmək üçün hansı bacarıqlara malik olmalısan?
-elastiklik və güc.
-...
- bax bu silahı yəqin özün tanıyarsan.
- adi çəkic? Çəkicdi də bu.
- yox adi çəkic deyil. Fikir verdinsə, bunun boyu normal çəkiclərin 4 qatı böyüklüyündədir.
- h..hə. elədir.
- bu silahı işlədə bilmək üçün insanüstü bir gücə sahib olmalısan.
-... yəni mən bu silahı işlədə bilməyəcəm.
- nolsun ki? Burda bir çox silah var.
-...
Qutunun içərisindən böyük qara rəngdə parçaya bükülmüş bir əşya çıxardı.
- bu nədir?
- içini açıb özün bax.
Mən içini yavaşca açdım və 1 metr uzunluğunda bir parça yerə dığırlandı. İçərisində isə müxtəlif boyda, ölçüdə bıçaqlar vardı.
