İçeriğe geç

Laboratoriya siçanı

Bölüm 4 · 2 dk okuma

Laboratoriya siçanı

Bölüm 4

Mən?birliyə qatılacam?

( həqiqətən də, kimsə bizə qulaq asırdı.)

BAX MƏNİM HEKAYƏM BELƏ BAŞLADI.

- heç nə olmamış kimi davran. Mən sənə hər şeyi öyrədəcəm.

-...

(10 dəqiqə ərzində sadəcə yeridik.)

əlimə bir kağız ilişdirdi. Və mənə belə dedi:

- bax sabahdan etibarən düz burada görüşək. Mənə cavabını deyərsən. Mən kağızı açdım. Bir daha ona çevriləndə o artıq burada deyildi. Kağızda isə belə yazılmışdı:

- bilirəm nə olduğunu başa düşmürsən . Sabah saat 13:30 da burada ol. Cavabını mənə bildir. Ailənin bilməsi məsələsində isə sən cavabını verdikdən sonra ailən ilə özüm bu haqda danışacam. Yəni bu sənin üçün bir problem olmayacaq. Xahiş edirəm ki, yaxşıca fikirləş. Çünki bu sənin gələcəyini həll edəcək.

(Öz-özümə)

- b..bu nə deməkdir?! Allahım mən nə yaşayıram. Tamam tamam. Sakin sakin...nəm...

( həmin gecə heç yata bilmədim. Səhərisi gün.)

- yaxşı yaxşı sakin hər şey yaxşı olacaq. Mən sadəcə...

- salam necəsən?

- ha...

( Birdən birə qarşımda onu gördüm. )

- salam. ( Gülümsəyərək mənə baxırdı.)

-sa..salam.

- hə.. eşidirəm cavabını. Buyur.

- mən bu təklifinizi çox düşündüm. Və ...

- və?

Mən bir dəfəlik sınamaq istəyirəm. Əgər bu məni xəyalıma qovuşduracaqsa...

- əla! ( deyib birdən məni bərk qucaqladı.)

- ....

- bağışla bir az həyacanlandım. Gəl sənə məşq edəcəyimiz ərazini necə məşq edəcəyimizi və.s danışım.

- olar.

Bizi boş böyük əraziyə gətirdi.

- bax burada biz məşq edəcəyik.

- bəs heç bir avadanlıq olmadan?

- avadanlıqları sən problem eləmə mən həll edəcəm.

-indi isə məşqdən əvvəl sənin Silahını seçəcəyik.

- mən? silahdan istifadə edəcəm?

- bəli bəs səninlə necə məşq edəcəyik ki? Özün bilirsən sənin gücün olmadığı üçün biz bunu silahlarla edəcəyik.

-...

Həqiqətən şoka girmişdim nə deyəcəyimi, nə edəcəyimi, ümumiyyətlə nə baş verdiyini anlamırdım.

-yaxşı bəs mən hansı silahlardan istifadə edəcəm?

- bilmirəm. Bunu səni test edərək biləcəm.

-nə testi?! Mən heç nə bacarmıram.

-yooox. Bacarırsan əgər bacarmasaydın, mən sənə niyə bu təklifi edim?

Bölüm sonu

1 yorum