Başımın şiddətli ağrıması ilə birgə gözlərimi açmağa başladım. Hər yerim uyuşmuşdu... Olanlar ağlıma gəldikdə diksinərək yerimdən atılıb ətrafa baxdım.
Hər şey yerində idi. Mən öz otağımda çarpayımın içində hətta kitabım yanımda şkafın üzərində idi.
Dünən olanlar bir yuxudan ibarət idi onda bəyəm? Bəs mən yazıları necə oxuyurdum?
Yerimdən durub, pijamalarımı dəyişmək zəhmətinədə girmədən aşağı düşdüm. Dünən baş verən o qədər səsi sadəcə mən eşitmiş ola bilməzdim.
-Ata dünən baş verənlər nəydi elə?
Atam qəzetini oxuyurdu holda. Mətbəxdən gələn qab yuma səsləri ilədə anamın qabları yuduğunu anlamışdım.
Atam başını qəzetdən qaldırmadan
- Nə baş veribki?
Necə yəni nə baş verib. O qədər at kişnədi saz oxundu ağlaşma qopdu. Bunları sadəcə mən eşidəcək deyiləmki.
- Dünən axşam at kişnəməsi, saz səsini, ağlaşmaları eşitmədinizmi?
Atam göz ucu mənə baxıb təkrar qəzetinə döndü.
- Dərs oxumamaq üçün edirsənsə başqa bəhanə tap.
- Bunun dərslə nə əlaqəsi var axı?
Her şeyi dərsə bağlamasa olmazdı. Nə düşünürdü. At kişnəmesinden təsirlənib dərs oxumayacağımımı??
Bir şey deməyib mətbəxə üz tutdum
- Günaydınnnnnnn
- Sənə də günaydınn. Nə danışırdın atanla? Kim kişnəyirdi?
Anam bir yandan qabları yuyarkən bir yandan da mənimlə danışırdı.
- Dünənki səsləri eşitdinmi. Gece at kişnəyirdi, saz səsləri gəlirdi birdə ağlaşma var idi. Sonrasını təəssüf ki, xatırlamıram...
Anam mənə yadelli görmüş kimi baxıb kranı bağladı.
- Aylin, paranoyak oldun səndə. Oxuduğun kitablardan təsirlənirsən. Ara ver biraz - dedi.
- Necə yəni bunları sadəcə mənmi eşitdim?
Yaşadığım şokla cümlə dodaqlarımdan tökülmüşdü.
Anam tamamilə mənə tərəf dönərək dedi:
- Dünən neçədə yatmısan?
- 4 yada 5in yarısı deyəsən
Anam abartılı şəkildə "nç nç nç" deməyə başladı. Daha da bir şey demədim.
***
Çantama test kitablarımı, təəssüf ki, yarım buraxdığım "Koroğlu eposu"nu və ən sevdiyim fosforlarımı aldım.
Bu gün yeni açılan kitabxanaya gedəcəkdim. Digər kitabxanada səssizliyi tez-tez pozurdular. Kimisi oxuduğu bir kitabdan təsirlənib ağlayırdı, kimisi tapa bilmədiyi həll üzündən oflayıb kağızları əzişdirirdi.
Evdən çıxmazdan öncə atama hara gedəceyimi deyib ele çıxmışdım.
***
Saatlar sonra
Sayğacı dayandırıb saata baxdım. Düz 6saat 23 dəqiqə idi ki, burda idim. İlk 4saata yaxın dərslə məşğul olmuş sonra isə "Koroğlu eposu"nu oxumuşdum. Sonunda Dəmirçioğluda eposa daxil olmuşdu. Eyvazdan sonra mənim ən sevimli dəlim Dəmirçioğlu idi.
Saat axşam 8 olmuşdu. Hava bir qədər qaralmışdı artıq. Kitabxana 1saata bağlanacaqdı. Ac olduğumun belə yeni fərqinə varırdım. Qurultu səslərimin daha da ətrafdakılara mane olmaması üçün (!) əşyalarımı çantama toplayıb kitabxanadan ayrıldım.
Kitabxanadan çıxandan sonra küçə qəribə sakit idi. Hər kəs evində idi, mən isə çantam çiynimdə, ortada qalmışdım.
Yolun ortasında dayandım. Qarşıda iki yol var idi. Biri evə gedən qısa yol - qaranlıq, itlər olan yol. Biri də uzun yol - işıqlı, amma 15 dəqiqə artıq gəzməli.
Mən həmişə qısa yolu seçən adamam. Amma bu gün nədənsə uzun yolu seçdim. Bəlkə sadəcə eve gec getmək üçün. Yada itlərə yem olmamaq üçün.
Uzun yolda heç kim yox idi. Sadəcə bir uşaq velosiped sürürdü. Mənə baxıb zəngi çaldı
_*Ding-ding*_
Gülümsədim. O da güldü.
O anladım ki, bütün gün içində heç kim mənə səbəbsiz gülümsəməmişdi. Kitabxanada hamı ciddi, evdə hamı gərgin. Bu uşaq isə heç tanımadığı mənə gülümsədi.
Uşaqdan sonra isə tamam boş bir küçə idi. Ətrafı müşahidə edərək gəzirdim. Axşamın sərin havası, uzaqdan gələn maşınların səsi, ayaq səslərim və yanıb-sönən küçə işıqları...
Biri, ikisi, üçü və birdən hamısı söndü işıqların. Hətta evlərində işıqları sönmüşdü. Qorxmamağa çalışaraq telefonumun fənərini yandırdım.
Qaranlıqdan qorxan biri deyildim amma bir küçədə qaranlıqda tək qaldıqda insanın qorxmaması əldə deyildi.
Bir iki addım atmışdım bu dəfə işıqlardan biri yandı. Digərlərindən əsər-əlamət də yox idi.
İşıq öncəkindən daha da parlaq yanırdı. Artıq ona baxa bilmədikdə əlimlə gözümü tutmağa başladım.
Şüa ətrafı tamam aldıqda qarşımda böyük bir keçid açıldı.
-Dəli olmağamı başladım lan mən
Arxama dönüb qaçmağa başladım. İki - üç addım atmışdım ki, arxadan gələn səslərlə ayaq saxladım
Düşmən alıb elqızını,
Aylin - tanrı əmanəti.
Mən Koroğlu, dəlilərim,
Gəlirik al qanad kimi.
Mərd durar elinin önündə,
Namərd qaçar duman kimi.
Aylini verməm yada mən,
El qızıdır, canım kimi.
Dönüb arxama baxdıqda nə bir şüa qalmışdı nədə oxuyan biri. Heç nə yox idi. Boş, qaranlıq, səssiz bir küçə...
Əllərim, dizlərim əsirdi. Nə olduğunu başa düşmürdüm. Dəlimi olurdum yada şizofrənmi? Nə bir addım geri gedə bilirdim, nə də bir addım irəli. Nə ağlaya bilirdim nədə dil açıb danışa bilirdim. Mədəmin bulandığını hiss etməyimlə özümü yerdə qusarkən tapdım.
Bir yandan qusur bir yanda da avazım çıxdığı qədər ağlamağa, qışqırmağa başlamışdım.
-keçmiş-
Eşitdiklərimlə birgə kitabın əlimdən süruşün düşməsi bir oldu. Qırat? Koroğlu? Eyvaz? Dəli Həsən? Çənlibel? Ən dəxilsizi isə Aylinmi?
Aşağıda nə baş verirsə artıq özümü toplayıb baxmalı idim. Burda düşüncələrimin içində beyin hüceyrələrimi dağıdaraq bir yerə gəlib çıxmayacaqdım. Ən azından sonunda ölüm olsa belə aşağıda nələr olduğunu öyrənib o cür ölərəm.
Güclüklə masanın dəstəyi ilə yerimdən durdum. Ağır addımlarla qapıya doğru irəliləməyə başladım. Kişi sözlərini bitirmişdi amma ağlaşma səsləri davamŇ, edirdi. Qapının dəstəyini aşağı çəkib qapını açdım və otağımdan çıxdım.
Bir yanım hələ də geri getməli olduğumu deyirdi ancaq o yanım qapını açmadan öncə desə idi bəlkə ona əməl edərdim.
İçimdən bildiyim bütün surələri oxuyurdum. Yavaş yavaş pilləkəndən aşağı düşməyə başladım. Səslər mətbəxdən gəlirdi.
Mətbəxə çatdıqda öncə durdum. Hələ də doğru bir şey edib-etmədiyimi soruşurdum özümə. Sonra bu sorğu-sualı bir kənara qoyub qapının qolunu çevirdim. Biraz daha düşünsə idim sabah olacaqdı.
Qarşılaşdığım mənzərə ilə dona qaldım. B-bu necə ola bilərdi axı?
Ayaqlarımının ipi açılması ilə özümü yerdə tapdım. Gözümü qarşımdakı mənzərədən bir saniyə belə ayıra bilmirdim. Bu necə ola bilərdi? Bura gəlincəyə qədər ola biləcək və ola bilməyəcək hər şeyi xəyal etdim amma bu..?
Paranormal bir hadisəyə oxşamırdı hamısının hətta mənim belə ayaqlarım düz idi, tərs deyildi. Yuxu olmayacaq qədər gerçek idi çünki biraz əvvəl kitabı oxuyurdum hərfləri görürdüm... Bəs buna nə ad verək? Astral? Yox etməmişəm axı, bu gün gecəyəcən kitabı oxuyub bitirməyə çalışmışdım. Bəs onda qarşımda bu kişi ilə qucaqlaşan mən kim idi?
-bu günümüz-
Xatırladıqlarımla birgə daha çox qusur, daha çox ağlayırdım. Niyə bunlar mənim başıma gəlirdi axı? Niyə niyə niyə
Əlimin tərsi ilə ağzımı silib yerdən durmağa çalışdım. Ancaq iki addımımda yerimdə səndələyərək təkrar qusmuğun içinə düşdüm. Öğkk bu iyrənc idi. Yerdə təmiz bir yerdən dəstək alaraq ayağa durdum. Başım dönsədə özümü toparlayıb yeriməyə başladım.
Hər yerim qusmuq içində idi, tuşum axmışdı, saçım-başım dağılmışdı.
Amma kitablarım islanmamışdı. Aman nə böyük maarifet..
***
Yolda necə gəldiyimi, eve necə çatdığımı bilmirəm. Bu gün baş verən tək yaxşı şey ev əhalisinin evdə olmayışı idi. Gələr-gəlməz otağıma getmiş qapınıda arxadan bağlamışdım. Hamama daxil olub üstümdəki şər şeyi kirlilər səbətinə atmış özümdə saatlarca su dolu küvətdə qalmışdım.
İki gündür baş verənləri təkrar-təkrar xatırlamış hər bir hissəsinə bir açıqlama axtarmışdım lakin sonu yenə eyni yerə çatırdı. Mənim dəlixanalıq bir dəli olmağıma.
Bunu evdəkilərə necə deyəcəkdim. Yada deməli idimmi? Mənə inanardılarmı? İnanmazdılar. Buna kim inana bilərdi ki?
Saatlar sonra sudan çıxıb qurulandım. Günün yorğunluğu hələ də çiyinlərimdə idi. O qədər halsız idim ki, olanları düşünməyə analiz etməyə belə halım yox idi.
Pijamalarımı geyinib özümü yatağa atdım. Yorğunluqdan həmin anda da yuxuya getdim.