İçeriğe geç

Koroğlunun son dastanı

Bölüm 1 · 4 dk okuma

Koroğlunun son dastanı

Bölüm 1

Evdəki yabancı

-Sən artıq 11ci sinifsən. Məsuliyyətli ol biraz! Yaşıdların bütün yay oxudu! Bəs sən?! Ancaq astral, shifting bilməzsən lucid dreams, script. Bütün yayı leş kimi yatdın! Neynəyəcən sən imtahanda?!

İmtahana hələ 10 ay var, özüdə yaydayıq. Başa düşmürəm yaşıdlarım yayını doya-doya yaşayarkən mən niyə dərs oxumalıyam ki? Özüdə məsuliyyətli olduğumu bütün müəllimlərimdə görür, məndə hətta öz məsuliyyətimin fərqindəyəm.

Mənim üçün narahat olduqlarının fərqindəyəm ancaq bu cür edərək mənə motivasiya yox sadəcə stress verirlər.

Astral etmə səbəbim dərslərdir. Özüm üçün gerçəklik yaradıram orda doya-doya həm vaxt keçirirəm həm də imtahana hazırlaşıram. Bunu onlara bir neçə dəfə izah etmişdim əslində. Ancaq onlar mənə lağ edib "mənim qızımda yataraq alim olacaq" deyirdilər. Bir müddətdən sonra anladım ki, izah etməyim mənasızdır. Onsuzda başa düşmək istəmirdilər.

Cavab vermədim, verdikcə mövzu uzanacaqdı.

Bu gün çox yorucu bir gün idi.

Astral səyahət edərək Hogwartsa getmişdim. Altın üçlü ilə bir çox maceralara addım atmış, Draco ilə gözəl anlar keçirmişdik. Cedricin ölümünün təsirindən hələ də tam çıxmış sayılmaram. Nə vaxt ağlıma gəlsə gözüm dolar yada ağlayırdım. Hogwarts-ın ilk günlərində mənim ən yaxın və tək dostum olmuşdu o. Draconun zorbalıqlarından qorumuş hətta Cho ilə aramın mülayimləşməsinə səbəb olmuşdu.

İndi isə öz evrənimdəyəm. Bütün yaratdığım gerçəkliklərə sığıram, özüm oluram, sərbəst, rahat, heç nədən çəkinmədən yaşayıram. Amma bir tək gerçək öz gerçəkliyimə sığışmıram...

Otağıma daxil olub qapını arxadan kilitlədim. Bel çantamı yazı masamın kənarına qoyub özümdə yazı masama əyləşdim.

Bu gün kitabxanada gözümə bir kitab - "Koroğlu eposu" dəymişdi. Neçə vaxt idi ki, alıb oxumaq istəyirdim ancaq ailəmində dediyi kimi bütün günüm yatmaqla keçdiyi üçün çölə çıxıb kitabxanaya belə getmirdim.

***

Gece saat 4...

Mən hələ də kitabı oxuyuram. Bədii ədəbiyyatı hər zaman sevmişəm və əgər bir kitaba başlayıramsa o kitabı tam bitirdikdən sonra əlimdən buraxmalıyam.

Aşağı mərtəbədən işıq yanıb sönməyə başladı. Ancaq çıxan səslərdən bunun birinin etdiyi bəlli idi. Kitaba ayracı qoyub bir qədər gözlədim. Aşağıdakı səsləri dinlədim.

Qəfil gür bir kişnəmə səsi eşitdikdə diksinərək dodaqlarımdan bir çığırtı qopdu.

Ürəyim yerindən çıxacaq kimi döyünürdü. Evin içində bir at olmazdı deyilmi? Yox, Aylin, axmaq olma evin içində atın nə işi var axı.

Bir yandan tir-tir əsir bir yandan da paranormal düşünməməyə çalışaraq gələn səslərə qulaq verirdim.

Kişnəmə səsi dayanmışdı ancaq indi də bir qalın səsli kişi zarıyırdı və saz səsi gəlirdi. Evə oğru girmiş ola bilərdimi? Ay, qız oğrunun evdə nə işi olsun. Yaxşı olsun amma niyə zarıyıb hər kəsi oyatsın axı sakitcə işini görüb gedərdə. Həm saz nədi belə.

Qorxudan ağlamağa başlayırdım. Bir yandan da əlimlə ağzımı tutub səs çıxmaması üçün çalışırdım. Aşağıdakı səslərə təkrar qulaq verdim. Biri yanıqlı-yanıqlı oxuyurdu...

Qızım, getmə deyə bilmirəm sənə,

Sənin dünyan burda deyil, gərək gedəsən.

Çənlibel dumanlı, yolu çənlidir,

Sənin yolun işıqlı, gərək gedəsən.

Mən bu dağlarda qışladım, qocaldım,

Sən hələ körpəsən, təzə qönçəsən.

Mənim dastanım qan ilə yazıldı,

Sənin dastanın hələ yazılacaq, gedəsən.

Dəli Həsən ağlar, Eyvaz ağlayar,

Qırat da kişnəyib dalınca baxar.

Bir Koroğlu vardı deyib anarsan,

Bir qız gəlib keçdi deyib anaram.

Al kitabını, düş yoluna, ay balam,

Mənə amanat eylə öz adını.

Haqq yolunda qorxma, əyilmə, sınma,

Çənlibeldən apar bu sazın dadını.

Get, ay Aylin... arxana baxma,

Baxsan, ürəyim tab gətirməz.

Eşitdiklərimlə birgə kitabın əlimdən süruşüb düşməsi bir oldu. Qırat? Koroğlu? Eyvaz? Dəli Həsən? Çənlibel? Ən dəxilsizi isə Aylinmi?

Aşağıda nə baş verirsə artıq özümü toparlayıb baxmalı idim. Burda düşüncələrimin içində beyin hüceyrələrimi dağıdaraq bir yerə gəlib çıxmayacaqdım. Ən azından sonunda ölüm olsa belə aşağıda nələr olduğunu öyrənib o cür öləcəkdim.

Güclüklə masanın dəstəyi ilə yerimdən durdum. Ağır addımlarla qapıya doğru irəliləməyə başladım. Kişi sözlərini bitirmişdi amma ağlaşma səsləri davam edirdi. Qapının dəstəyini aşağı çəkib qapını açdım və otağımdan çıxdım.

Bir yanım hələ də geri getməli olduğumu deyirdi ancaq o yanım qapını açmadan öncə desə idi bəlkə ona əməl edərdim.

İçimdən bildiyim bütün surələri oxuyurdum. Yavaş yavaş pilləkəndən aşağı düşməyə başladım. Səslər mətbəxdən gəlirdi.

Mətbəxə çatdıqda öncə durdum. Hələ də doğru bir şey edib-etmədiyimi soruşurdum özümə. Sonra bu sorğu-sualı bir kənara qoyub qapının qolunu çevirdim. Biraz daha düşünsə idim sabah olacaqdı.

Qarşılaşdığım mənzərə ilə dona qaldım. B-bu necə ola bilərdi axı?

Ayaqlarımının ipi açılması ilə özümü yerdə tapdım. Gözümü qarşımdakı mənzərədən bir saniyə belə ayıra bilmirdim. Bu necə ola bilərdi? Bura gəlincəyə qədər ola biləcək və ola bilməyəcək hər şeyi xəyal etdim amma bu..?

Paranormal bir hadisəyə oxşamırdı hamısının hətta mənim belə ayaqlarım düz idi, tərs deyildi. Yuxu olmayacaq qədər gerçek idi çünki biraz əvvəl kitabı oxuyurdum hərfləri görürdüm... Bəs buna nə ad verək? Astral? Yox etməmişəm axı, bu gün gecəyəcən kitabı oxuyub bitirməyə çalışmışdım. Bəs onda qarşımda bu kişi ilə qucaqlaşan mən kim idi?

Bölüm sonu

0 yorum

Bu bölüme henüz yorum yapılmamış. İlk yorumu sen yaz.