Bu hekayədə olan hər şey tamamən reallıqdan uzaqdır. Xoş oxumalar
Musiqilər🎧 let on you, runaway, bored, happier than ever, o bilər mən bilərəm
Gözlərimi açdıqda öz otağımda idim. Biraz başım ağrıyırdı. Saata baxdıqda saatın gecənin 2'si olduğunu gördüm
Ayağa qalxıb bütün işıqları yandırdım. Nə qədər işıqlardan nifrət etsəmdə......
Sonra, telefonumu əlimə alıb Ahu'ya zəng etdim. Ahu mənə 8 dəfə Melin 10 dəfə zəng etmişdi və tonlarca mesaj atmışdılar.
Bir neçə çalışdan sonra Ahu telefonu açdı, ilk öncə "Alo?" Dedi yuxulu səslə. Gözünü açmadan telefonu açdığını bilirdim. Səs vermədim, sonra birdən "Suzannaaa?!"dedi təlaşlı səslə sonra dəvam etdi "Sən başını itirmisən? Bilirsən mən sənə nə qədər zəng etdim? Polisə gedəcəkdim amma dua elə Melin qarşı çıxdı" dedi əsəbi səslə.
"Evdə deyildim, təcili şəhərdən çıxmalı oldum. Və telefonu yanıma almaq tamamilə yadımdan çıxıb." Dedim dünyanın ən məntiqsiz yalanını uyduraraq. İnanmayacağına əmindim. Və, ona hər şeyi danışacaqdım. Melinə də danışmağı düşünürdüm. Çünki, əgər onlar məni buradan götürdüklərində onlara hər dəfəsində yalan uydura bilməzdim.
"Nəysə nə, Suzanna! Birdə mənə xəbər vermədən heç bir yerə getmək yoxdur." Dedi. Yalan danışdığımı anlamışdı. Çünki, əgər inansaydı çox sorğulayardı.
"Yaxşı" dedim və biraz havadan sudan danışdıqdan sonra telefonu söndürdüm.
Bütün mesajlara qısa cavablar verdikdən sonra, aşağı endim. Qonaq otağındakı laptop'mu açıb vampirlər haqqında araşdırma etdim
Araşdırmalarımdan çıxan nəticələrə görə vampirlər qaranlığı sevirlər, Alvinin də dediyi kimi heyvan qanı içmirlər və insanlara aşiq ola bilməzlər.
Biran bunların məndə olub olmadığını sorğuladım. Məndə qaranlığı sevirdim və günəşdən nifrət edirdim. Heyvanların qanından irgənirdim. Buna görədə, Qurban Bayramında qoyun və ya hər hansısa bir qurbanlıq heyvanı kəsdiklərində orada dura bilməzdim. Uşaq vaxtı nə vaxt Qurban Bayramı olsa və heyvan kəssələr, sadəcə qusardım.
İnsan qanı.... Bəs insan qanına qarşı istək.... Bu olmuşdu. Bir dəfə bir əməliyyatda olmuşdu. Ürək əməliyyatı idi və mən biranda özümü qana susamış kimi hiss etmişdim. O an o xəstənin qanını içmək istəmişdim. Amma, özümə əngəl olmağı bacarmışdım. Və bu bir neçə dəfə olmuşdu. İlk başlar bunun sadə bir maraq olduğunu düşünmüşdüm. Amma, işlər elə deyilmiş...
Ahu... Ona nə deyəcəkdim? Mən bir vampirəm və sən mənim bacım deyilsən mi deyəcəkdim? Yox bunu etsəm Ahu bir daha özünə gələ bilməyəcəkdi. Anamla atamın ölümdən sonra birdə bunu heç vaxt qaldıra bilməzdi.
Bəs Melin? Ona desəm hər şeyi böyütdüyü kimi bunu da böyüdəcəkdi və bu Ahunun qulağına çatacaqdı.... Buna görə də ikisinə də deməyəcəkdim. Zatən, mənlə birlikdə qalmırdılar. Və bu işimə gələn bir şey idi
Mətbəxə keçib soyuducudan tapdığım şeylər çörəyin arasına yığıb sandivich kimi hazırladım və yanında içməyə meyvə şirəsini alıb yeməyə başladım. Bu həyatda sevdiyim şeylərdən biri də yemək yemək idi...
Aren.... Bu ad mənə o qədər tanış gəlirdi ki, sanki bir yerlərdən xatırlayırdım.
Yediklərini bitirdikdən sonra vanna otağına keçdim. Vannanı isdi su ilə doldurdum və sakitcə vannanın su ilə dolmasını gözlədim.
Su dolduqdan sonra üstündəkilərdən xilas olub suyun içinə girdim. İsdi suyu sevirdim.
Özümü suyun içinə, dərinliklərinə endim. O an boğulacağımı bilə bilə bunu etmək ağlasığmaz bir şey idi. Amma, az öncə yaşadıqlarım da heç də ağlasığan deyildi.
Başımı sudan çıxartdım və dərin nəfəs çəkdim ciyərlərimə.
Başım dönürdü. Suda biraz qaldıqdan sonra dayana bilməyib sudan çıxdım və qurulanıb otağa keçdim.
Əyninə ağ rəngdə bir köynək altına isə uzun bir yupka geyindim. Yupka qara rəngdə idi və həfif dizimə qədər cırğı var idi.
Saçlarımı quruladım və düzləşdirdim. Sonrada həfif makyaj elədim. Dodaqlarımı qırmızı rənglə rəngləndirdim. Və sonra aşağı endim.
Saata baxdıqda saatın 5 olduğunu gördüm. İki saat sonra xəstəxanada olmalı idim.
Qara topuqlu botlarımı geyinib evdən çıxdım. Maşına minib yola qoyuldum
Tomris bibinin yanına gedirdim. Atamın bacısı. Qoca bir qadın idi və xəstə idi. Uşaqlıqda bir müddət bizə baxmışdı.
Onun evinin önündə dayandıqda dərin bir nəfəs aldım və maşından çıxdım.
Tomris bibi bu vaxtlar oyaq olurdu.
Qapını yavaşca döydüm və iki dəfə döydükdən sonra qapı açıldı.
Qara şalı belində idi və əlində çələyi var idi. Hədsiz çox qocalmışdı. Və bu qədər böyük bir evdə tək yaşayırdı. Sadəcə o, və köməkçiləri.
"Buyurun?"dedi qocaldığı üçün zəif çıxan səsi ilə "Salam. Mən Süleymanın qızıyam. Suzanna. Sizlə çox mühüm bir məsələ haqda danışmaq istəyirdim" dedim
"Buyur gəl qızım" dedi qapının yanından çəkilib keçməyin üçün yer açaraq
Ev uşaqlığımdakı ev idi. Heç bir dəyişiklik yox idi. Yenə çox yekə və şah şalı bir ev....
Qonaq otağı hədsiz çox yekə idi. Qonaq otağının yarısını 10 nəfərlik masa təşkil edirdi. Sanki, bu evdə 10 nəfər yaşayırmışcasına.....
Qırmızı rəngdə yekə divanın bir küncünə oturub, soruşacaqlarım üçün özümə biraz vaxt ayırdım və sözə başladım. "Mən dünən bir şey öyrəndim. Atamla əlaqəli yəni.... Daha doğrusu ailəm... Onlarla əlaqəli" dedim sözlərimi seçib danışmağa çalışaraq "Mən dünən atamın və anamın doğma olmadıqlarını öyrəndim." Dedim içimdə tutduğumu çölə axıdaraq
Biraz dayandı. Hətta, uzun müddət səssiz qaldı və sanki üzərində tonlarca yük varmış kimi aramla danışmağa başladı. Ah qoca məxluq...... Heç unudaram uşaqlıqda bizə etdiklərini.....
"Süleyman, səni bir qış gecəsi tapmışdı. Hələ, qırxın belə çıxmamışdı. Haradan tapdığını bilmirik. Amma, tapıb gətirmişdi. Ah, mənim yazıq qardaşım... Bilsəydi, belə bir bəlaya bulaşmazdı. Amma, o heç vaxt səni qaytarmaq istəmədi. Çox dedim apar polisə ver deyə, amma eləmədi. Səni, tapdıqdan sonra başına gəlməyən qalmadı mənim ala gözlü qardaşımın."dedi ara verdi və daha qəddar bir şəkildə dəvam elədi
"Uzun müddət uşaqları olmurdu. Və, səni tapdıqdan 3 il sonra Ahu oldu. Ceyran gözlüm. O həmişə səndən 1-0 öndə idi Suzanna. Çünki, onun bir anası və atası var idi. Azından doğma idi. Amma, sən.... Muxtar o vaxtlar sənin lənətli olduğunu deyirdi də, biz inanmırdıq. Sən gələndən sonra mənim ala gözlü qardaşımın başına gəlməyən qalmadı. Sonunda zatən sənə görə, lənətinə görə öldü.... O və çirkef anan.... " Dedi üzünü buruşduraraq.
"Mən bura məni təhqir elə deyə gəlmədim. Və, məncə ən böyük lənətli sənsən. Çünki, sənin yanında bir nəfər belə yoxdur.... Bax, təksən" dedim əlimi iki yana açıb evi göstərərək. "Və, atama o iyrənc ağzınla ala gözlüm demə. Çünki, sən onun sevgisinə belə layiq deyildin. Və heçvaxt da olmadın. Bilirsən, bura gələndə dəyişdiyini düşünüb bir ümid gəlmişdim. Amma, yanılmışam. Sən, qardaşını onun övladlarına zülm edəcək qadər mi sevmisən? Ha? İndi də danış. İndi də cavab ver!" Dedim səsimin tonunu yüksəldərək
"Lisa! Bu balaca şeytanı cəld çölə çıxardın!" Dedi şeytani gülüşlə "Öz işini özün gərə bilməyəcək qədər alçalımısan kaftar arvad?" dedim qapıya tərəf yönələrək. O isə arxadan iyrənc şəkildə gülürdü. Bir gün əgər əlimə birini öldürmə şansı versələr bu kaftarı öldürərdim.
Hava o qədər qaranlıq idi ki, saatın 6 olmasına rəğmən səma buludlara dustaq olmuşdu sanki....
Maşınıma minib dəniz kənarına getdim. Mənə hüzur verən yer. Uşaqlıqdan evdən qaçıb gəldiyim yer...
Maşından endim və dənizin yanındakı bir banka oturdum. Hər şey, o qədər üst-üstə gəlirdi ki, mənim oturub nəfəs almağa belə vaxtım olmurdu. Sanki, boğulurdum və bu məni gücsüz hiss etdirirdi.
Səmaya baxıb ailəm oradaymışcasına danışmağa başladım. "Ata... Ana... Məni eşitdiyinizi bilirəm. Hətta, məni gördüyümüzü belə. Bugün öyrəndiyim şeylər sizi məndən qoparmayacaq. Bilirəm, bunlar mənə çox ağır gəldi. Qaldıra bilmədim sanki. Amma, kimlərin qızı olduğumu xatırladım." Dedim. O an gözümdən bir yaş yanaqlarıma doğru süzüldü. Mən, sadəcə anamla atamın yanında gücsüz tərəfimi göstərirdim. Yəni, ağlayırdım. Bu həyatda ən nifrət etdiyim şey olsada.....
"Ata, xatırlayırsan uşaqlıqda mənə qan bağının bir önəmi olmadığını demişdin. Əsas birini qəlbən sevməkdir. Bunu səndən öyrənmişəm. Ana,xatırlayırısan, uşaqlıqda mənə gözəlliyimi kimdən aldığımı soruşmuşdun. Mən səndən demişdim. Səndə, sən gözəlliyini ay ışığından almısan demişdin an o qədər xoşbəxt olmuşdum ki, çünki aya olan sevgimi bilirdin. İndi düşündüm, niyə o an mənə sənə bənzəmədiyimi demişdin. Çünki, mən sənin qızın deyildim. Amma, olsun mənim nə sizə nə də aya olan sevgimi azalmayıb ana. Bunu bil isdədim. Yox yox, qətiyyən ağlama. Bunu bir gün öyrənəcəyimi bilirdiniz. Ağlama. Sənin ağlamağına dayana bilmərəm. Bir gün mənə əgər göz yaşların bir dəniz suyu qədər çox olsa, məni bağışlamayacağını demişdin. Saydım, ana.... Saydım, gözyalarımı. Narahat olma, bir dəniz suyunu dolduracaq qədər çox deyil" dedim hıçqıra-hıçqıra ağlayaraq.
O an özümü o qədər tək hiss etmişdim ki, bu hissdən çox nifrət eləmişdim. Çünki, bu hiss məni gücsüzləşdirirdi. Və mən məni gücsüz edən hər şeydən nifrət edirdim.......
..........
Hellooooooo. Ümid edirəm kitabımı sevməyə başlamısınız. Oy verən hamıya sonsuz təşəkkürlər..
Sizlərdə oy verməyi unutmayın🤍🌙