İçeriğe geç

Kod Adı: Gloria

Bölüm 3 · 6 dk okuma

Kod Adı: Gloria

Bölüm 3

3.bölüm "Keçmiş Külləri"

Bu kitabda keçən hər şey tamamən reallıqdan uzaqdır. Xoş oxumalar🌙~

Musiqilər🎧

Baş hərfimiz, olmayanım, everything I wanted, brutal

*Bu bölüm uzun bir bölüm olacaq. Ara verərək oxuyun♥️

Hisslərimdə heçvaxt yanılmamışdım. Və içimdən bir səs bu səfər də yanılmayacağımı deyirdi.

Tam yarım saat olmuşdu və hələ də otaqda tək idim. Alvin və uzun boylu oğlan hələ gəlməmişdi. Və bu məni narahat edirdi.

Birdən qapının ilk öncə kilidinin açılma səsi gəldi sonra, birdən Alvin, uzun boylu oğlan və keçəl bir oğlan içəri girdi. Keçəl oğlanın bir gözü mavi digər gözü qara idi. Keçəl oğlan gəzəndə özümü gülməmək üçün çətin tutdum çünki, çox gülməli gəzirdi. Qollarını açır, çənəsini yuxarı qaldırır və ağır-ağır gəzirdi. Bu qulağa havalı bir giriş kimi gəlsədə gözlərinizlə gördükdə gülməli görsənirdi.

Saçı tam keçəl deyildi. Sarı az saçları var idi. "Alvin, gəzəndə ayağımı tapdalama! Havamı söndürürsən." Dedi yekəpər oğlan. Tanrım səsi... Səsi çox gülməli idi. Bir oğlana görə çox incə idi.

Kənardan necə görsənirdim bilmirəm amma içimdə gülməmək üçün savaş verdirdim. "Salam Frankın qızı. Özünü necə hiss edirsən? Yəni xainliyin ikinci günündəsən necəsən? Acsan? Acmısansa sənə bir qədəh qan verək." Dedi gülərək. Qan nə əlaqə? Təbii... Beyinsiz Suzanna. Əlbəttə, ki... Onlar vampirdirlər və qan içmələri çox normaldır.

"Mən Frankın qızı deyiləm. Adım Suzannadır!" Dedim. Mənə Frankın qızı deməsi xoşuma gəlməmişdi. Çünki, mənim atamın adı Süleyman idi.

Mən bunu deyəndə, keçəl oğlan qəhqəhə çəkib güldü. Amma, bu içdən idi sanki. Yada mənə elə gəldi o an. "Alvin, sizə dedim səhv qızı gətirmisiniz. Bu sadə bir insancıqdır." Dedi yekəpər oğlan gülərək. Sonra məni ələ salırmışcasına baxaraq. Bu baxışa dayana bilmədim və saatların verdiyi yorğunluq, hirs ilə danışmağa başladım

"Bəsdirin!. Mənə, insancıq deməkdən, Frankın qızı deməkdən, qatil və Gloria deməkdən əl çəkin. Mən heç kəsə heçnə etməmişəm. Bunu neçə dəfə deyim sizə bilmirəm. Əli.... Yəni, o sizin üçün dəyərli biri ola bilər. Amma, yenə deyirəm o öləcəkdi zatən" dedim yekəpər oğlanın, Alvinin və uzun boy oğlanın üzünə tək-tək baxaraq. Heç birində hiss deyişimi olmadı. "Bax, Suzanna biz sənə hər şeyi danışacağıq. Və sən də bizə hər şeyi danışacaqsan amma ilk öncə səni yalan aparatına qoşacayıq. Yalan danışıb danışmadığından əmin olmaq üçün." Dedi uzun boylu oğlan. Əlbəttə ki bunu qəbul edəcəkdim. Çünki, bu mənim buradan xilas olmağım üçün tək şansım idi. "Razıyam. Nə vaxt istəsəniz gəlib qoşarsınız. Mənim üçün problem yoxdur" dedim

Yekəpər oğlandan başqa hamısı çölə çıxdılar və gəlmələri çox çəkmədi. Əllərində dairə bir şey var idi. Və kompüter. Dairə şeyi başıma qoydular və məni qəribə bir stula otuzdurdular. Stul da qəribə toklar var idi. Alvin gözümün içinə baxaraq danışmağa başladı. "Biz sənə suallar verəcəyik və səndə sualları cavablandıracaqsan. Suallara yalan cavab verməyə çalışma zatən burada biz görəcəyik." Dedi və suallara başladı

"Əlini öldürməyin üçün səni Frank göndərib?"

"Yox" Bir iki, üç... Və yaşıl işıq.

"Əlini ölümündə barmağın var?"

"Yox" Yaşıl işıq

"Sən Frankın itmiş qızı Gloria'san?"

"Yox" Bir iki üç.... Qırmızı işıq və qəribə səs.

"Bizə düzünü de" dedi uzun boylu oğlan.

"Mən sizə düzünü deyirəm. Mən heç kəsin qızı deyiləm. Mən Suzannayam" dedim. Alvin və yekəpər oğlan biri-birinə baxdılar.Bir tək uzun boylu oğlan'dan başqa. Sanki, mən bilirdim deyirmişcəsinə

"Yaxşı, bəs sən bir vampirsən?" Dedi Alvin

"Yox" dedim və qırmızı işıq. Necə olurdu? Mən.... Nə yaşanırdı? Tanrım, bunların hamısı bir yuxu olsun.

"Bilirdim, səni Frank göndərməsədə sən onun itmiş qızısan və vampirsən. İnsan qanı daşıyan bir vampir" dedi uzun boylu oğlan

"Nə olur anlamıram. Bildiyim tək şey olanların heç birindən xəbərim yoxdur. Nə bilirsinizsə mənə də danışın. Bəlkə o zaman sizə kömək edə bilərəm." Dedim dostcanlı davranaraq. Başqa çarəm yox idi.

Sadəcə iki dəqiqə baxışdılar və Alvin iç çəkərək danışmağa başladı "Frank.... O, illər öncə bir qaydanı pozaraq bir insana aşiq oldu. Bir qadın... Onu sevdi və o qadına görə bizə xəyanət etdi. Onu hər gün görmək üçün dünyaya gəlirdi. Biz ilk öncə onun qan içmək üçün ora getdiyini düşünürdük amma bu bizi yanıltdı. Bir gün Frank ən yaxını olan Tom'a bu məsələni danışıb. Frank buralardan gedəcəyini və o qadınla evlənəcəyini deyib. Tom etiraz etsə də o dinləməyib. Frank, o vaxtlar vampirlərin kralı idi. Biz vampirlər insanlara aşiq olmarıq və bu pozulmamalı olan bir qaydadır. Frank, çox qəribə idi. Biz heyvanlardan nifrət edərdik və onların qanlarını içməzdik. Amma, Frank içərdi. Çox sonralar meydana çıxdı ki, onun anası bir insanmış. Onun atası vampir olduğunu sonralardan anlayıbmış. Ona görə bir insanla evlənib. Hətta, bu dünyanı o yaradıb. Frankın atası Stewart." Dedi ara verdi və danışmağa başladı. "Frank bir gün o qadınla evlənmək qərarına gəlib və buradan qaçıb. Bir vampirlə bir insanın evliliyi lənətlənmiş bir şeydir. Və onu dünyaya gələn uşağı da lənətlənmiş sayılır. Buna görə uşaqları illərlə olmadı. Sonra illər sonra bir qızları oldu. Və o da itdi. Adı Gloria yəni sən... Atalarımız bir gün o qızın gələcəyini və ilk iş aramızdan birini öldürməklə başlayacağını demişdi. Ölümsüz deyilik amma biz rejenerasyon'a malik vampirlərik. Yəni, ən dərin yaralarımız belə bizi öldürmür. Tez sağalırıq. Və Əli öldü. O buranın başı idi. Hər şeyi idi. Bizim aramızda ona Aren deyirik. Hamımızın iki adı var. Məqsəd insanların arasında rahat gəzmək və onların qanlarını içə bilmək. Məsələn, mənim insanların arasında adım Elvin' dir. Ceymsin adı Camal" dedi yekəpər oğlanı göstərərək

"Miles'in adı isə Musadır " dedi uzun boy oğlanı göstərərək. "Bir gün Frankın qızı gəlsə bu bizim üçün savaş deməkdir. Çünki, Gloria lənətli biridir. Və bunun sən olma ehtimalı yüksəkdir. Yəni, səndə bir vampirsən və lənətli bir vampir" dedi Alvin.

"Sizi anlayıram. Amma, burada hər şeyin günahı yıxılan bir uşaqdır və onun heç bir günahı yoxdur. Məncə onu bağışlaya bilərsiniz" dedim. O uşaq mən idim. " Məni buraxın gedim, sizə zərər vermərəm." Dedim. Bu son damla idi.

Miles gülməyə başladı. Sanki, gülməli bir şey demişəm kimi. "Sən bizlə oyun oynayırsan? Bizi məhv edəcək birini niyə buraxaq? Deyirsən ki, Əlinin ölümündə barmağım yoxdur, və Frank məni göndərməyib. Amma, Frankın qızı çıxırsan. Və, bir vampirsən. Səncə bu uşaq oyuncağıdır?" Dedi Miles. İlk dəfə bu qədər qəzəbli görürdüm onu.

"Əgər, vampirəmsə, Frankın qızıyamsa və o sizə xəyanət edibsə, mən etmərəm. Həm, mənim nə işim olar sizlə. Mən zatən tam vampir sayılmıram. Çünki, anam insandır. Yenə deyirəm, mən öz həyatını yaşayan bir həkiməm və sizlə işim olmaz." Dedim

"Sən də bir insanla evlənməyəcəksən?" Dedi Alvin. Onun burada Əliyə daha yaxın olduğunu və onun ölümü ən çox onu sarsdığını hiss edirdim. Digərləri bunu qəzəblə göstərsə də o, kədər və hüzün ilə göstərirdi. Ruh halının yaxşı olmadığını görə bilirdim. "Baxın, mən vampir ola bilər amma insan qanı daşıyıram. Və mən tam bir vampir sayılmıram. Frankı tapın onu cəzalandırın" dedim . Ağlamamaq üçün özümü çətin tuturdum.

"Səni, buraxacayıq. Amma, sonra təzədən səni bura gətirəcəyik. Dünyada bizim nəzarətinin altında olacaqsan. Yəni, kiməsə nəysə deməyə çalışma. Heç kəs sənə inanmaz. İki gün sonra, burada vampirlərin tanrıçası ilə üzləşəcəksən. Əgər, səylərimiz sayəsində Əlinin ruhunu geri gətirə bilsək onla da üzləşəcək sən" dedi Ceyms "Siz sadəcə bir vampirsiniz, və bildiyim qədəriylə sehr etmək gücünə malik deyilsiniz. Necə olur?" Dedim içimdə tutduğum sualı soruşaraq. Miles güldü. Sanki cahilmişəm kimi....

"Biz həm vampirik həm də sehr gücünə malik insani hurilər" dedi Miles. Bu necə olurdu. İnsani hurilər?

"Gözlərini yum"dedi Alvin və biranda hər şey təzədən qaraldı.

..........

Hellooooo. Bu bölüm birazcık uzun oldu amma inşAllah bəyənərsiniz. Bəyəsəniz oy verməyi unutmayın. Sizləri sevirəmmm☺️🌼

Bölüm sonu

0 yorum

Bu bölüme henüz yorum yapılmamış. İlk yorumu sen yaz.