Hadisələr iç oğuzda cərəyan edir, Əsər Oğuz elinin hökmdarı Bayandur xanın kürəkəni Qazan Xanın çadırında başlayır.
Qazan Xan:
- Əlimiz, qolumuz bağlıykən böylə,
Aranızdan biri qılmaz mı rəva?
Dədə Qorqud:
- Sən də bilirsən ki, tanrının boldur rəvası,
amma...
Qazan Xan:
- Qalmayıb amması, dədəm Qorqud,
Düşmənimiz nə aslandır, nə də qurd.
Ömrüm boyu elim üçün at belində
Döyüşlərə atılmışam.
Neçə dəfə qılınc zərbəsi,
Ox yarası almışam.
Dədə!...
Aruz Qoca:
- Hər gün altmış baş qoyun,
İki adam, birdə...
Dədə Qorqud:
- Bunlu qoca ilə Yabanlı qocanın,
əsir olduqlarını bilirəm.
Təkrara nə hacət.
Qulluqçu: (çadıra daxil olub, təzim edir)
- Xanım
Aruz Qoca:
- Daha mən fikirdən ölürəm.
Qazan Xan:
- De!
Qulluqçu:
- İç oğuzun hökümdarı,
Oğuzların qəhrəmanı,
Ömrü at belində keçən,
İsmi tarixlərə düşən,
Bayandur xanın damadı,
Xanlar xanı Qazan xana,
Qazan xanın silahdaşı,
Həm dayısı, həm qardaşı,
Oğuzların mərhəmətlisi,
Ən sadiqi, ən güvənlisi,
Aruz Qocaya,
Oğuzların ağsaqqalı,
İgidlərə ad qoyan,
Xoş günü sezən,
Dar günü duyan
Dədə Qorquda,
İç oğuza,
Dış oğuza müjdələr!
Nəhəng buğanı ram edən,
İllər öncə ova gedən Basat qayıtdı.
Qazan Xan:
- Söylə, xəzinədara müjdəlik versin sənə.
Aruz Qoca:
- Qırx gün, qırx gecə toy çalınsın,
Bundan gözəl xəbər olarmı mənə.
( Basat daxil olur)
Basat:
- Hökmdarım, adınızın güdrəti,
Dillər əzbəri olmuş cahanda.
Aruz Qocanın oğluna yer varmıdır,
Bu gözəl, bu göz oxşayan məkanda?
Qazan xan:
- xoş gəlmisən, qardaşım Aruzun oğlu!
Basat:
- Atam Aruz qoca,
adını tutmaq üçün uca,
Ellər obalar dolaşdım,
Namərdlərlə vuruşdum.
Heç bircə kərə
Sırtımı vuran olmadı yerə.
Dədə Qorqud:
- Nər oğlu nər olar, qoçaq.
Basat:
- Dədəm Qorqud,
İllər öncə bir uşaq
Səndən Basat adını aldı,
O gündən həmin uşaq
Adı ilə ucaldı.
Daha sonra sırasıyla, Aruz, Qazan, Dədə Qorqud Basat ilə qucaqlaşır. Bu an Qulluqçu daxil olur
Qulluqçu:
- Hökümdarım, bir qarı,
Görmək istər Basatı.
Qazan Xan:
- Gəlsin.
( Qulluqçu çıxır, qarı daxil olur)
Qarı:
- Hökmdarım, əfv eyləyin bu qarını,
Qapanım Basatın ayaqlarına.
Qıyan Səlciyin Təpəgöz tərəfindən
Öldürüldüyünü deyim ona.
Qurban sənə, Basat, bir rəva qıl.
Ana üçün ən əziz şey nədir, oğul?
Sənin qardaşını, mənim oğlumu,
Obanın ruzisin yedi Təpəgöz.
İndi sıra son beşiyim, son balama
Gəlib çatmış,
Bu qarı qəm dənizində,
Fikir qaramalığında batmış.
Dedilər: "Basat xeyli qul gətirmiş",
Bu qarının yarasına məlhəm eylə,
Oğlumun əvəzinə,
Gətirdiyin qullardan birini versinlər söylə.
Basat:
- Nigaran olma, Ana,
Get, sarıl oğluna.
Təpəgözün vədəsi çatmışdır,
Göstərərəm ona.
(Qarı sevinərək səhnədən çıxır)
Qazan Xan:
- sözlərin bir igidinin savaş nərələridir,
Lakin, oğul tələsmə.
Basat:
- Hökümdarım, intiqam!
Qazan Xan:
- Birdə sözümü kəsmə!
Xəbərdar deyilsən onun gücündən,
Yeganə varlıqdır o yer üzündə.
Sanki, ölümsüzdür,
Öldürmək olmur.
Aruz Qoca:
- Düzdür.
Basat:
- Baş əyir qarşınızda bu cavan,
Dikəltmək üçün başımızı.
İcazə verin, gedib
Yaza çevirim qışımızı.
Aruz Qoca:
- Bu qoca atanı ağlatma, oğul
Ağsaçlı ananı zırlatma, oğul.
Lakin, getmək isə fikrin qərarın,
Unutma ki, sənsən mənim baharım.
( Aruz Qoca Basatın alnından öpür )
Dədə Qorqud:
- Get, yolcu yolunda olmalı,
Bugünün işi sabaha qalmamalı.
( Basat çadırdakılara baş əyib səhnədən çıxır )
Qazan Xan: (qulluqçuya səslənərək)
- Söyləyin, Burla Xatun gəlsin
Dədəm Qorqud, Aruz qoca siz də gedin,
Oğuz elinə xəbər verin,
Bu xoş xəbəri qoy hamı bilsin.
( Dədə Qorqud ilə Aruz Qoca gedirlər, Burla Xatun çadıra daxil olur )
Qazan Xan:
- Gözəlliyin ruhuma sığal çəkir,
Gəl, Xatun.
Burla Xatun:
- Sözləriniz məni ucaldır,
Xanım.
Daima uca olun.
Qazan Xan:
-Mən ki oğuz xaqanı,
Bayandur xanın damadı,
Xalqımın dik başıyam.
Burla Xatun:
- Sən çox yaşa.
Qazan Xan:
- Bəli,
Gərək uzun yaşayam.
Burla Xatun:
- Nədir səni narahat edən,
Kimdən çəkinirsən, qorxursan nədən?
Qazan Xan:
- Heç kimdən,
Heç nədən!
Burla Xatun:
- Bəs bu təlaş?
Qazan Xan:
-Ya göz, ya baş!...
Burla Xatun:
- Yenə nə işlərlə məşğulsan, Qazan
Sən də bilirsən ki, Təpəgöz...
Qazan Xan:
- Danışmaq üçün sənə verilmədi söz.
Xəbər sal oğuza qayıtsın Uruz.
Bu gedişlə çox çəkməz...
Burla Xatun:
- Həqiqəti öyrənər Aruz?
Qazan Xan: (qəzəblənir)
- ov mövsümü başladı, qa
n dəydi qurd dişinə,
Uruza xəbər göndər tez gəlsin görüşümə.
(Burla Xatun çıxar, Ardınca Qazan Xan quluqçulara səslənər)
Qazan Xan:
- Atımı hazırlayın.
(Qazan xan da səhnədən çıxar)
I Pərdənin sonu