Bir kənd var idi.Kəndin 3km solunda da gözəl bir meşə var idi.Amma bu meşənin qorxunc yanı var idi.Hər şey 1964-cü ildə başladı....Kənddə yaşayan 4 dost var idi:Aişə,Elxan,Səkinə,Ayxan.
Ayxanla Elxan nə qədər dost olsalarda balaca bir şeydə münaqişə yaranırdı.Elxan futbollda o qədər yaxşı idiki, futboll yarışına belə qatılmışdı və qızıl medalla geri qayıtmışdı.O gündən Ayxan onu qısqanır,balaca bir şeydə dava edirdi.Bir gün onlar 2 nəfər qarşılıqlı futboll oynayırdılar.Elxan topu elə atdı ki, top düz meşəyə düşdü.Yenə Elxan və Ayxan münaqişəyə başladılar:
-Gör nə etdin?! Sənin bu futboll mükəmməlliyin topu gör hara apardı!
-Mən neyləyim.Mən dedim topa ki, get düş meşəyə?!-Az qala dövüşəcəklərdi.Nəhayət,Aişə gəlib onları ayırdı və dedi:
-Topu mən götürərəm!-deyə meşəyə tərəf qaçdı.Hər kəs bir tərəfdə oturub onu gözləməyə başlamışken Aişə geri qayıdıb kamerasını götürdü.Çünki,meşənin gözəlliyini kamerada videoya çəkmək istəyirdi.1saat oldu...2saat oldu...amma Aişədən səs-səmir çıxmırdı.Hətta kəndin polisinə xəbər verdilər.3ay oldu hələdə yox idi.Hətta polislər belə meşədən çıxa bilmirdi.Yəni onlarda itdi...Uşaqlar buna dözməyib hər şeyi gözə aldılar.Meşəyə daxil oldular.Meşə elə böyük idi ki,get-get bitmirdi.Birdən yerdə bir kamera tapdılar.Kamera Aişəyə aid idi.Videonu açdılar.Aişə normal şəkildə topu axtararken birdən qaçmağa başlayır...Sonra kamera yerə düşür.Elə bildilər ki, viddo bitir amma 2ci qeyd başlayır.3saniyəlik idi.Heçnə yox idi sadecə qanlı yazılarla "Arxana bax!" var idi.Bu başa düşüldü ki, Aişə ölüb və sırada onlardır...
