İçeriğe geç

Sidelya: İtmiş Varis

Bölüm 7 · 5 dk okuma

Sidelya: İtmiş Varis

Bölüm 7

4.bölüm "Bilinməzlikdə oyanış"

"Qalx ayağa, səfil!"

Üzümə boşaldılan soyuq su ilə yerimdən sıçradım. Nəfəs-nəfəsə gözlərimi açdığımda bir neçə qız ilə bir yerdə olduğumu gördüm. Əllərim bağlı idi. Nə olduğuna anlam verə bilmirdim.

Başımın üzərində bir qadın əlində vedrə tutaraq əsəbi gözlərlə mənə baxırdı.

"Sabahdan bəri yatırsan! Tez ayaqlan saraya az qalıb!" dedi və bir qapı açıb pilləkənlər ilə yuxarı çıxdı.

Bura elədə aydınlıq deyildi, bir neçə şam işığının aydınlada bildiyi qədər işıqlı idi. Ətrafımda bir neçə qız var idi, vəziyyətləri elədə yaxşı görünmürdü.

Artıq məni təngə gətirən o sualı verdim: "Mən haradayam?"

Qızlardan biri gəmidə olduğumuzu dedi. Artıq gəmilərə nifrət edirdim. Çarəsizlik içində geriyə söykəndim.

Nəyə görə hər dəfə gözümü başqa bir yerdə açırdım?!

Evimə qayıtmaq istəyirdim, nə qədər mənim olmasa belə..

Mary.. Kaş yanımda olsaydı. Bu anlaşılmaz vəziyyətdə ən azından tanıdığım biri yanımda olsaydı daha yaxşı olardı.

Bir neçə saatlıq səyahətin sonunda gəmi anidən dayandı və hamı önə doğru yıxıldı.

Bu gəmilərdən nə çəkirdim mən?!

Qızlar arasında qorxu nidaları yüksəlməyə başladığında bir an "qorxmalıyam mı?" deyə fikirləşdim. Bayaqkı qadın qapını açdı və bir-bir hamımızın pilləkənlərdən yuxarı çıxmağımızı əmr etdi. Gəmini göyərtəsinə çıxdığımızda sahildə birdən çox gəminin olduğunu gördük. Ticarət gəmiləri olduğu şübhəsiz idi, lakin əsas sual bizim bu gəmilərdə nə işimiz olduğuydu.

Qadına "Bizi haraya aparırsınız? Bura haradır? " dedim. Məmnun şəkildə göyərtəyə baxırdı, səsim diqqətini çəkdiyində qəribə şəkildə gülümsədi. "Elaria krallığındasınız. Və bir azdan arabalar gəldiyində saraya doğru yola çıxacaqsınız. Bu günlərdə sarayda soyluların sayı xeyli artıb, qulluqçulara ehtiyac var." Yanıma gəlib xainliklə qulağıma "Və, əzizim, oraya gedəndə dəliyindən qaçmış siçan kimi davranma!" deyə pıçıldadı.

"Hah! Arabalar da gəldi."

Ard-arda bir neçə "fayton" gəldi. Qadın həvəslə irəli atladı, arabanın yanına getdi. Öncə at arabasının sürcüsüylə söhbət etdi. Sürücü ona içində qızıl olduğunu düşündüyüm bir kisə verdi. Qadın məmnuniyyətlə gülümsəyib əli ilə qabağımızdakı -bizi aparmaqla vəzifələndirilmiş- adama işarə etdi. Mənim iki qatım olan adam sərt bir şəkildə iplərimizi çəkişdirərək arabaya istiqamətləndi. Qapılar açılanda yenə sıra ilə arabaya mindik və qabı arxadan kəndir ilə bağlandı.

At arabasının içərisində qaça bilmə ehtimalımız olan hər yer ağ örtüklərlə örtülmüşdü. Araba yola çıxmaq üçün hərəkət edəndə açık bir yer tapmaq üçün örtükləri tərpətdim.

"Əbəs yerə cəhd edirsən. Buradan çıxa bilməyəcəyik" dedi biri. Qıza tərəf baxdım ağlamaqdan gözləri şişmiş, və gözlərinin altı çökmüşdü, qara saçları mənim sarı saçlarım kimi kirli idi. Məndən də pis vəziyyətdə idi.

"Mənə bura haqqında məlumat verərsiniz? Bilirsiniz də hansı aləmdəyik, saray məsələsi nədir.." üzümü buruşduraraq yalandan əlimi başıma qoydum ".. deyəsən yaddaşımı itirmişəm".

Hamı dik bir şəkildə gözlərimin içinə baxdı. Üzlərindən bir şeyləri düşündükləri görünürdü. Şübhə, tərəddüd gözlərindən aydın şəkildə oxunurdu.

"Aləm olaraq soruşursansa Veradayıq. Və Elaria sarayı haqqında sənin kimi bir şey bilmirik. Əgər gəmidəki qadının dedikləri doğrudursa qulluqçu olaraq saraya gedirik" qara saçlı qız yenə kədərləndi. Kim bilər arxasında kimləri qoyub, buraya gətirilib.

Hər kəs aclıq və yorğunluq içində qıvranırdı. Amma yaxşıki su verməyi ağıl etmişdilər.

Sonunda araba dayandığında qapı açıldı. Həmin yekəpər adam bizi sırayla aşağı endirdi.

Yol boyunca heç kəs onlara dirənməmişdi. Əlbəttəki bu dəli cəsarəti olardı. Qaçmaq üçün öncə sağ qalmağa ehtiyacımız vardı.

Başımı qaldırdığımda qabağımda görkəmli bir saray var idi. Sarayın iki tərəfində olan böyük aslan büstləri insanı valeh edir, eyni zamanda dəhşətə salırdı. Sarayın böyük iki qanadlı qapısında da aslan rəmzi vardı.

Qapıda gözətçilər durmuşdular, zirehləri o qədər böyük idi ki, hərəkət etsələr zirehlər yerə düşəcək, əsgərlər isə onun altında əziləcək kimi görünürdü. Əlbəttə bu mənim təxəyyülümdə belə idi. Zira bunun başqa cür olduğunu yanımızdaki qapıları açdıqlarında gördüm.

Ətrafa o qədər diqqətlə baxırdım ki, gözətçilər ipdən tutub bizi önə çəkdiklərində az qalsın yıxılırdım.

İki qanadlı qapıdan içəri girdikdə qapılar yenə bağlandı.

Yenə bir bilinməzliyə sürgün olundum.

Sarayda təlaş var idi, yəqinki önəmli birisinin gəlişi üçün hazırlaşırdılar.

Çox böyük olan salonun ortasında ayrı tərəflərə istiqamətlənən iki pilləkən vardı, eynən kitablardakı kimi.

Yanımıza iki nəfər gəldi.

"Hamısı buradadır?" deyə sual verdi adama. Sonra hamımızı saymağa başladı. Artıq əşya kimi hiss etməkdən sinirlənirdim.

Qadın birdən qaşlarını çatdı.

"Bir dəqiqə, bu qız haradan gəlib?" dedi mənə baxaraq ancaq cavabı məndən gözləmirdi.

"Onu Akert sərhəddindən tapmışıq, əlimizdən qaçarkən yaddaşını itirdi."

Nə sərhəddindən danışır? Qadın bir az üzümə baxıb önəmsiz bir şeymiş kimi əlini havada salladı.

"Onsuzda Akertliyə oxşamır. Ancaq tədbiri əldən verməyin. O iblislərdən birinin burada olması başımıza iş aça bilər." üzündəki avtoritar ifadə onu qoca cadugərlərə oxşadırdı. Eynən iblisi xatırladan gözləri ilə böcəyə baxırmış kimi bizi süzürdü.

Gözlərini oymaq istəyərdim...

"İsabel onları qərb qanadı tərəfə apar. Ən balaca hərəkətlərini səndən biləcəm" dedi yanındakı qəhvəyi saçlı qıza, gözlərinin rəngi saçlarının əksi olaraq açıq qəhvəyi idi. Qız təlaşla başını salladı.

Qabaqdan o, arxasınca biz gedirdik. Pilləkənlərdən çıxdıq deyəsən qərb qanadı dedikləri yer bura idi.

Qız səssizliyi pozaraq danışmağa başladı.

"Öncəliklə mənim adım İsabeldir. Bura isə qərb qanadı yəni qulluqçuların qaldığı tərəfdir. Şərq qanadında soylular və sadəcə onlara xidmət etməklə vəzifələndirilənlər olurlar. Bayaq gördüyünüz Xanım Hannah bizim rəhbərimizdir." bir-bir otaqların qapısını açıb bizə göstərirdi. Hər otaqda 3 nəfərlik yataq vardı.

Sonra üzünü bizə çevirib sözünü tamamladı.

"Və qızlar məndən sizə məsləhət, əgər sarayda sağ qalmaq istəyirsinizsə ona tabe olmalısınız."

Bu hissədə bir ümumi salon, saya bilmədiyim qədər qulluqçu otağı və bir dənədə mətbəx var idi. Dəhlizin ən qaranlıq hissəsinə gəldiyimizdə İsabel dayandı.

"Məncə bura keçməyə ehtiyac yoxdur. Bu kitabxana uzun müddətdir istifadə olunmur. Açığı artıq sadəcə hörümçək yuvası olduğunu düşünürük" dedi üzünü buruşduraraq.

Bizi təmizlənməyimiz üçün otaqlarımıza yönləndirdi. Əlindəki böyük dəftəri açdı və bizi növbə ilə otaqlarımıza göndərdi. Ən axıra mən qalmışdımki dəftəri bağladı.

"İşə bax! Sadəcə bizim otağımız boş qaldı." dedi məni bir otağa salarkən. Otaqda sadəcə yeni oyanmış alov qırmızısı saçları və yaşıl gözləri olan bir qız var idi. Qız ilk görüşdə üstümüzə yastıq atdı və otaqdan çıxmağımız üçün bizi təhdid etdi. İsabel onun sadəcə çox əsəbi biri olduğunu deyirdi.

Deyəsən bu iki nəfər ilə burada sıxışıb qalacaqdım...

..............

Salam ulduzlarım. Yeni dünyamıza xoş gəldiniz! Sizə xoş oxumalar. Bölümü bəyəndinizsə oy verib rəy bildirməyi unutmayın 🌟🌟

Bölüm sonu

0 yorum

Bu bölüme henüz yorum yapılmamış. İlk yorumu sen yaz.