Yoxsa..... yox. Yox belə bir şey ola bilməz. Elədir?... Çox qəribədir.
Birdən birə qapı döyüldü.
-(polis5 ) xanım kameraları araşdırdıq. Və qurbanın həyat yoldaşının danışdığı xanımı tapdıq.
- gözəl. O indi buradadır?
- xeyr amma onunla əlaqə saxladıq. İndi buraya ifadə vermək üçün gəlir.
- qatil hələ azaddır. Ona görə gözünüz üstündə olsun. Bir dəki, bütün polis məntəqəsi araşdırılsın. Qatil aramızda ola bilər.
-....bəli. xanım.
- görəsən Həsən bəy bir şey tapdı? Mənim buradakı işim demək olar ki, qurtardı.
Telefonumu cibimdən çıxarıb zəng etdim.
- alo.
- A..alo. Buyurun Sevda xanım.
- mənim buralardakı işlərim bitdi. Siz hər hansı bir şey tapdınız?
- ....əslində tam yox. Qurbanın qonşularından biri ilə əlaqə saxladıq. Sonra ona da sorğu keçirdim. Amma heçnə çıxmadı.
- anladım. Hər hansı bir məlumat əldə etsəz mənə xəbər verin zəhmət olmasa.
- yaxşı. Sizdə.
- sağ olun.
- s..sağ olun...
Telefonu qapadım. Nəsə qəribəlik hiss olunurdu səsində kəkələdi və hiss həyəcan keçirtdiyi səsindən məlum olurdu.
Birdən qapı açıldı.
- (polis 3) Sevda xanım...
- eşidirəm.
- qadın buradadır.
- gəlsin.
İçəri bir qadın daxil olur. Yaşlı bir qadın. Mənə sual dolu və qəribə şəkildə baxan gözlərlə baxırdı.
- salam .
- salam qızım.
- bizə bu gün nə etdiyinizi danışın zəhmət olmasa.
- qızım mən yazıq... səhər tezdən durdum, bazara getdim çiyələk almağa. Nəvələrimə mürəbbə bişirmək üçün. Salafana qoyub, parça çantama qoydum. Sonra gördüm,çiyələk əzilib, slafan cırılıb. Bütün hər yerə çiyələk suyu tökülüb. Mən də tələsik. Taksiyə mindim ki, hər yerə tökülməsin, həm də ziyan olmasın.
- anladım xanım.