- əslində, birisi olmuşdu.
-kim?
- mən həyat yoldaşım ilə evlənməzdən əvvəl bir nişanlım olmuşdu...sonradan onun "dəli" olduğunu anladım , və ondan ayrıldım.
-"dəli" deyərkən nəyi nəzərdə tutursunuz?
- hər şeyə görə mənə qışqırır, məni hədələyirdi. Mən ona ondan ayrılmaq istədiyimi deyəndə isə "sən görərsən, buna peşman olacaqsan!" deyib getdi.
- o gündən bəri ondan bir xəbəriniz oldu?
- xeyr.
- anladım. Bəs bu şəxsin adı nə idi?
- Ələsgərov Amin Ramin oğlu.
- bəs yaşını bilirsiniz?
- dəqiq yox.
- Ələsgərov Amin Ramin oğlu bu şəxsi araşdırın. Təcili.
-(polis 2) oldu .
- bəs başqa şübhələndiyiniz şəxs varmı?
-y..yoxdur.
-əminsiniz?
- hə...hə əminəm.
- oldu. Çıxa bilərsiniz.
(Çıxır).
-(mən) hmm deməli bu şəxs ilə bir keçmişi var . Amma başqası olub olmadığını soruşanda isə kəkələdi,əllərini yumdu, və göz təmasından qaçdı. Bu açıqdır. Yalan danışdı. O şəxsin adını verərkən əmin idi və bu halların heç biri özünü göstərmədi.
BAXICININ HƏYAT YOLDAŞI:
- Salam. Buyurun əyləşin.
-...
- xahiş edirəm suallarıma düzgün cavab verin. Əks halda bu sizin üçün heç yaxşı nəticələr verməz.
- b..bəli.
- kimliyiniz üstünüzdədir?
-bəli.
(Kimliyi cibindən çıxarıb mənə uzatdı.)
-...Hüseyn Əliyev. Düzdür?
- bəli.
- hadisə zamanı yəni, 12:53 də harada idiniz?
- mən...mən işdə idim.
-harada işləyirsiniz?
- taksi sürücüsüyəm.
- anladım. Bəs sizin heç şübhələndiyiniz, rəqibiniz, düşmanınız, vəs. birisi olubmu? İndiyənə qədər?
-düşmanım olmayıb. Heç kəslə,qəsdi qərəzliyim yoxdur.
- bəs, kimsə sizə şübhəli gəlir?
-...
- xahiş edirik bizdən heçnə gizlətməyin.
- y..yaxşı. əslində.. bu gün yaşlı bir qadın çox narahat halda maşına mindi. Əlində isə böyük bir çanta var idi. Biraz içərisindən qırmızı rəngdə maye damırdı. Ondan bunun nə olduğunu soruşanda. Əvvəlcə eşitməməzliyə vurdu. Yenidən soruşduqda, bunun çiyələk suyu olduğunu, çantasında isə çiyələk daşıdığını dedi. Bəs nə üçün narahat olduğunu soruşanda isə, mənə dediki, bu çiyələk ləri təcili evə aparıb mürəbbə düzəltməli olduğunu, yoxsa çürüyəcəyini dedi. Məndə ona çox sual vermədim.