İçeriğe geç

Qatil

Bölüm 4 · 3 dk okuma

Qatil

Bölüm 4

Ortadakı qadın.

Artıq hər ajan qrupu ayrı maşınlarla yola düşmüşdü.Heç biri nə ilə qarşılaşacağından xəbərsiz idi.Onların yolu çox uzun idi.Çünki başqa bir şəhərdən,başqa bir şəhərə gedirdilər.4 cü qrupda yenə İsabella ciddiləşməyə başlamışdı.Marco yenə onun bu solğun sifətindən ona yön yada onu qoruya bilməyəcəyini anlamışdı.Çünki İsabella bu cür işlərdə ciddi və önündəkini görməyən kobud qıza çevrilir.Marco yenə də,bu solğun sifətini güldürmək istədi:

-İsabella,bu gün əla görünürsən.

-Hey!Bu cür ciddi işlərdə məni danışdırma!Görürsən ki,bir vacib işə gedirik.

-Amma mən sade-

-Sus!İcazə ver öz planımı qurum!

Marco bu sözlərdən təsirləndi amma onun bu davranışları hər şey düzəldikdən sonra yenidən səmimi İsabellaya dönüşəcəkdi.Nəhayət yola vardılar.Bütün qruplar sıra ilə maşınların qarşısında durub,müdürün köməkçisi onlara yönləri verdi:

-Hər kəs məni dinləsin!Hər bir qrupa hansı yönlərə gedəcəyinizi açıqlayıram! 1-ci qrup sən elə olduğumuz məkanı araşdırırsan.2-ci qrup səndə cinayətin yaşandığı yerin ətrafındakı kameraları incələyirsən.Əgər kamera yoxdursa,mənim yanıma gəlin.Mən sizə başqa iş verəcəyəm.3-cü qrup səndə,burada olan insanları sorğu-sual edirsən.Əgər birisindən şübhələnsən tez onu tutursan və onu gizli yerdə sorğuya tutursan.4-cü qrup səndə,1-ci qrup ilə eyni şeyi edəcəksiz amma sizdə çox diqqətli olmalısınız. Hər bir saç tükü, bir ipucu ola bilər!

Heç kim bu müdür köməkçisini sevmirdi çünki, həm bərkdən danışır,özünü sankiirkətin Ceo-su sanır və bir xətada ağır cəzalar verir.Axırıncı dəfə o, Brine-ı bərk qamçılamışdı.Artıq hər kəs işinə başlamışdı.Thomas və Mikel işini profesyonal kimi edirdi.Hər kəs hər tində, bucaqdakı kameraları tapırdı.Onlar küçə kameralarını öyrəndikdə,Həmin cinayətin yaşandığı şirkətin kameralarını izləməyə getdilər amma, oradakı güvənlik polisləri icazə vermədi.Ona görə də, onlar daha asant yolla kameraya baxmağa çalışdılar.Mikel Biraz uzağa gedib polislərin diqqətini çəkmək üçün silahını çıxarıb havaya atəş açdı.Polislərdə tez həmin yerə baxmağa getdilər.Bu iki şəxs işini elə profesyonal görürdü ki,müdür belə onları təbrik edib, maaşına əlavələr edirdi amma kimki işini yaxşı görmür, maaşından kəsirdi.Mikel polislərə görünmədən Thomasın yanına getdi.İkisidə kameraları polislər gəlmədən incələdilər.Təbiiki də,orada bir neçə nəfər var idi.Gecə 3-4 radələrində gizlincə şirkətin yanından keçən məşhur adamı tutdular.O şəxslərdən birisi fərqli idi.Saçları uzun, sarışın idi.Bunun qadın olduğu bilinirdi.Qara və dar geyim geyinmişdi.Üzünü qapatmışdı və başına qara şlyapa salmışdı.Saçları arxadan görsənirdi.Yanındakılarda qara geyimli silahlı adamlar idi.Ortadakı qadın əsl qatil idi.Yanındakılarda,ona kömək edənlər.

Thomas buna fikir bildirdi:

-Məncə,yanındakı adamlar onun dostları yada iş ortağı deyil.Kirayələnmiş silahlı sıradan insanlar.Ortadakı qadında onların müdürü idi yəni, əsl cinayətkar!

-Bəli,məncədə.Bu qadın kimdirsə, yüzdə yüz bu məşhuru ya qısqanmış,yada onunla bir hesabı varmış!

Onlar bu kamera görüntülərini bir videoya qeyd edib telefonlarında saxladılar.Çünki, əgər cinayətkar qadın gəlib,kamera qeydlərini silərsə,əllərində bir ipucu və ya sübut olsun.Amma Thomas hələ də anlamadı ki, o qadın onun arvadı Sabrinadır.1-ci qrupla 4-cü qrup verilən tapşırığı edirdilər.Yenə,İsabella işini ciddiliklə görürdü.Marcoda onun yanından ayrılmazdı.Hər kəs hər yerə yaxşı-yaxşı baxırdı.Birdən Edgar və Marco bir saç teli tapırlar.Onlar saç telini yan-yana gətirib diqqətlicə baxdılar.Bu saç telinin eyni olduğunun fərqinə vardı.Təbii ki də bu kimdirsə,onun saçı az-maz tökülür və o sarışın bir qadındır.Digər 3-cü qrupda,öz işini görür amma şübhələndiyi kimsələr olmur.

(Sabrinanın evində)

Sabrina divanda oturub, teıevizora baxırdı.Xəbərlərdə öldürdüyü adamı görəndə,onu qəh-qəhə tuturdu.Balaca qızı gəlib niyə güldüyünü soruşanda tez kanal dəyişdirdi və dedi:

-Qızım,mən gülməli filmə baxırdım.İndi reklamdır.

-Mən də baxa bilərəm ana?

-Yox qızım.Nə qədər gülməli film olsada, bir tərəfdən qorxuludur.Yəni yaşına uyğun deyil.

-Yaxşı ana.Bəs reklam bitənə qədər mənimlə oyun oynayarsan?

-Hə olar əzizim.Nə oynayaq?

-Sən oğlan oyuncağı götür, məndə qız oyuncaq götürəcəm.Bu iki oyuncağı evləndirərik.

-Yaxşı gözəl qızım.

(Onlar oyun oynayırlar.)

-Aha!Qızım film başladı.Sən get pişiklə oyna film bitəndə yenə oynayarıq.

Sabrina yenidən xəbərlərə qayıtdı.Xəbərlərdə bir neçə Amerika ajanlarının bu işi həll edəcəklərini və cinayətkarı tapacaqlarını xəbər verdilər.Yaxşı ki,ajanların kim olduğunu göstərmədilər yoxsa Sabrina ajanlarından birinin öz əri olduğunu bilsə onu da öldürəcəkdi.Unutmayın ki,Sabrina onu puluna görə sevir.Thomas sayəsində,bir şirkətə sahib olmuşdu.Thomas olmasaydı gözəl olsa belə,çox kasıb olardı.

Bölüm sonu

0 yorum

Bu bölüme henüz yorum yapılmamış. İlk yorumu sen yaz.