......Günəşli bir iyun günüydü. Hər ikisi də beş yaşında olan bir oğlan ilə bir qız həyətin hasarının yanında diyanmışdı və bir quş tutmuş olan,qonşunun pişiyinə baxırdılar.Pişik, ovunu otlara sürtüb bir müddət onla oynamışdı.Indidə quşun başını kopardırdı.
Qız tiksinərək üzünü turşutdu və oğlanın əlini tutdu."Bilirsən?"dedi."Bizə yalan dedilər".
Oğlan ona maraqla baxdı."Yalan mı? Kim?"
"Kim olacaq,böyüklər.Bizə yalan deyirlər.Bizə nağıl danışırlar amma danışdıqlarının heçbiri doğru deyil".
Qız, ovunu birneçə çeynəmədə udub sonra da halından razı şəkildə oradan uzaqlaşan pişiyi göstərdi.Arxaya yalnızca qopardılmış bir qanad ilə bir yığın qanlı tük qalmışdı.
"Indi pişiyin qarnını açsaq,quş oradan çıxıb uça bilməz.Uça bilməz çünki öldü".
Oğlan,anasının keçən axşam dostu ilə ona oxuduğu nağılı xatırladı."Düzdür.Qırmızı Papaqlı Qız ilə nənəsini qurd həqiqətən yesəydi onlar da belə görsənərdi".
"Eynən ". Qız başını salladı."Üstəlik qurdun dişləri pişiyə görə daha kəskindir.Deməli nağıl yalandır,ananda bizə yalan deyibmiş".
Oğlan,"Ya da anam başqa bir şey nəzərdə tuturdu",deyə etiraz elədi."Nağıl niyə danışılır?Dərs çıxarmaq üçün".
"Səncə elədir?"
"Bəli,atam həmişə belə deyər".
Qız gözlərini qanlı tük yığınından ayırmadan düşündü.Sonra,"O vaxt bəlkə qurd da həqiqətən kurd falan deyildir",dedi."Bəlkə də başqa bir mənası vardır?
Oğlan çiyinlərini çəkdi."Olabilər.Amma nə?"
"Qurd pisdir",dedi qız."Bəlkə də Qırmızı papaqlı Qız pis bir şey etmişdir.Pis davrandığı üçün də cəzalandırılmışdır. Quş kimi onu da yeyirdi".
Bu,oğlanın ağlına tam yatmadı."Amma nənə heçbir pislik etmədi ki.Niyə onu da cəzalandırıb yeyirlər?"
"Nənənin əlindən heç bir şey gəlmədi",dedi qız.Amma Qırmızı Papaqlı Qız qurda inanıb pislik etdiyi üçün nənənin başına da yaman işlər açıldı".
"Pislik",deyə təkrarladı oğlan.
Qız ciddi şəkildə,"Pislik hər yerdə",dedi."Atam belə deyir.Pislikdən qaçınmaq lazımmış".
Oğlan alnını ovuşdurdu."Ya ovçuya nə oldu? Pis olan qurdsa ovçu nədir?"
"Heçbir fikrim yoxdur",dedi qız.Sonra da oğlanın əlindən çəkişdirdi.
"Gəl,canım sıxıldı.Oyun oynayaq".
Evə qayıtdılar, çox keçmədən pişiyi,quşu və nağılı unutdular.
Daha sonra külək həyətdə qalan tükləri də uçurdu.Otdakı bir damcı qan ancaq yaxşıca bağıldığı zaman görünürdü.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Heçbir şey sonsuza qədər davam etməz,təhlükəsizlik bir illüziyadan ibarətdir.Əhməd də mart ayının bir şənbə günü bu acı təcrübəni yaşamaq məcburiyyətində qaldı.
Göz açıb yumuncaya qədər həyatı bambaşqa bir hal aldı.Sevib dəyər verdiyi nə varsa əlindən alındı-həm də xəbər verilmədən.
Halbuki o şənbə də digər bütün şənbələr kimi başlamışdı.Əhməd nahardan sonra ,biraz cümə günü olacaq Azərbaycan dili sınağına hazırlaşdı,sonra son mövzuları oxudu və anası onu günorta yeməyinə çağırana qədər musiqi dinlədi.
Hər şey eyni idi amma axşam olmadan həyatının ən pis gününü yaşayacaqdı.
Gecə,Bakı şəhər xəstəxanasındakı bir yataqda yatmış,xəstəxana otağının tavanındakı kölgələri izləyərkən düşündüyü tək bir şey var idi.Bu düşüncə bir kabus kimi üzərinə çökmüşdü, üzərindən keçmək bilmirdi.
Niyə həyatda qaldım?
🎀
Saat birin yarısına kimi yola düşmüşdülər.Əhmədin atasının, Təranə xalanın hədiyyə səbətini almaya gedməsi lazımmış və atası həmişəki kimi Şəhərin tıxacını xəfifə almışdı.Normalda gedəcəyi yerlərə avtobusla gedər, işini tez bir zamanda həll edərdi amma bu səbət şəhərin bir ucundan digar ucuna dalıyca sürüyə bilməyəcəyi qədər böyük və ağrı idi.
Bir xeyli gecikmiş bir halda, Sevincin doğum günü şənliyinə tərəf yola düşdükləri vaxt qırmızı lentlərlə bəzəli səpət baqajda nəhəng bir div kimi dururdu. Əhməd xışırdayan jelatinini altında şərab şüşələri, şokoladlar və atasının daim müştərisi olduğu şirniyyat evindən alınma müxtəlif şəkərləmələr olduğunu gördü, ayrıca səbətin qulpunda iri-bir gümüş kolbağ sallanırdı.
Sevinc qabağımızdakı bir neçə həftə boyunca yemək-içmək alış-verişi etmək məcburiyyətində qalmayacaq, burası mütləq,deyə düşündü Əhməd. Lakin sevinc 50-ci yaş günündə özünə bir hədiyyə səbətinin verilməsinə sevinərmiydi, Əhməd bundan şübhə edirdi. Belə şeylər ancaq çox yaşlı insanlara,o da ağlına bir şey gəlməzsə, hədiyyə edilərdi. Amma atasının da hədiyyə söhbətindən heç yaxşı fikirləri olmamışdı. Anası isə özünü söhbətin kənarında tutmuşdu, nəticədə Sevinc atasının qardaşı idi.
Normalda Əhməd, əgər qaça bilirsə ailə içindəki şənliklərdən qaçardı amma Sevinc üçün bir istisna etmişdi. Bunun səbəbi Sevinci həqiqətən sevməsiydi amma daha da önəmlisi xalasının möhtəşəm kekslər bişirməsiydi. Sırf bunun üçün belə "Necə də böyümüsən belə!", "Məktəb necə gedir?" , "Böyüyəndə nə olacaqsan,qərar verdinmi?" və ya "Qız dostun var?" kimi sualları elə ya da belə eşitməzdən gələ bilirdi.
Ayrıca qardaşı Maliklə də görüşə biləcəydi. Əhməd özəlliklə buna çox sevinirdi.
Malik 2il əvvəl xaricə keçmişdə və Əhməd o gündən bəri qardaşı üçün çox darıxırdı.......
Özündən 6 yaş böyük bir qardaşın olması çox gözəl bir şeydi.Malik,Əhmədlə birlikdə futbol sahəsinə gedir, kinoteatra gedərkən qardaşını yanına alır və onu əslində yaşının tutmadığı filmlərə gizli salırdı.
Ən önəmlisi də Malik, sırf onlardan fərqli olduğu üçün əvvəldən həyatı ona zindan edən dostlarının Əhmədə hörmət göstərməsini sağlamışdı.
Malik evdən ayrıldığından bu yana məktəbdəki uşaqlar yenə problem çıxarmağa başlamışdı."Ağlağan","Mama uşağı",və ya"Qız bacı" kimi təhqirləri həzm etmək, işin nisbətən asan tərəfiydi. Amma sinifdəkilərdən bir yaş daha böyük olan Elmir adlı iri uşaqla qarşılaşmaları çox daha pis olurdu. Əhmədin ona qarşı çox diqqətli davranması lazım idi. Sanki Elmirin zövq aldığı tək şey Əhmədi təhqir etməkdir. Demək olar her dərsdə sinifin ən yaxşısı olmasına baxmayaraq cılız görünüşüylə bütün idman növlərindən geri qalan Əhməd kimilər Elmir kimi insanlar üçün ideal bir qurbandır.
Bir dəfəsində Elmir ilə 2 dostu onu məktəb ayaq yolusuna qədər dalınca düşmüşdü. Ayaq yolunda Əhmədin bel çantasını çəkib almış, Əhmədi yerə uzadıb çantasında nə varsa üstünə tökmüşdülər. Sonra Elmir Əhmədin yeməyini suya bulayıb onu yeməyə məcbur etmişdi.
Əhməd qışqırmış amma kimsə köməyinə yetişməmişdi. Uşaqlar ancaq, Əhməd, dadı iyrənc gələn yumşalmış çörəkdən böyük bir diş alıb tiksinə tikisinə udunca onu sərbəst buraxmışdılar. Sonrasında Əhməd kitabların üstünə qusmağa başlayınca uşaqlar qəhqəhələr ataraq oradan ayrılmışdılar.
Əhmədin bu mövzuda müəlliməsiylə vəya ailəsi ilə danışacaq cəsarəti yox idi. Danışsa hər şeyi daha da betər bir hala gələrdi. Bundan əmin idi. Bunun yerinə kitablarının və oyunlarının dünyasına yönələrək əlindən gəldikcə o uşaqların yoluna çıxmaya çalışdı.
Bundan Malikə danışmamışdı. Qardaşının, o olmadan işlərinin öhdəsindən gəlmədiyini düşünməsini istəmirdi. Malik onun idoluydu, Əhməd qardaşının özüylə qurur duymasin istiyirdi və bu gün Maliklə görüşməyi səbirsizliklə gözləyirdi.
Arxa oturacaqda səbirsizcə oturur, neçə oyundur durmadan "Traffic Racer" oynayırdı. Maşını kimsəyə çırpmadan yolda sürmək üçün bir xeyli zəhmət çəkdi. Axmaq maşın həmişə yavaş reaksiya verir, dayanmadan maşınlara çırpılırdı.
İşin əsli Əhmədə görə telefon oyunları çox axmaqcaydı amma ən azından bu sahədə uzun yollar sırasında başını qarışdıra bilirdi.
Yolda keçirdikləri vaxt uzadıqca telefonunun saatına daha tez-tez baxmaya başladı. Sanki saatlardır yoldaydılar. yolda tıxacların ardı arası kəsilməmiş, bir də üstünə qısa yola girdikdən sonra radiodakı yol xəbərləri ilə kamazın qəza etdiyini eşitmişdi. Spiker yolun çölündən dolanmayı tövsiyə edirdi çünki qəzanın səbəb olduğu tıxac 15 kilometrəyə çatmışdı.
Əhməd isə, al bax,lənətə gəlmiş namazlar! Yol indi daha da uzun sürəcək, deyə düşündü.
Halbuki Əhməd indi, olub bitənlər dayanmadan yuxusuna girdiyi üçün kaş ki yoldan dönməsəydik, deyə düşünmədən edənmirdi.
Kaş ki o zəhləm getmiş tıxacda qalsalardı da yol daha uzun vaxt aparsaydı-ən azından gedəcəkləri yerə çatarlardı.
Təbii ki belə düşüncələr işə yaramırdı, Əhməd bunun fərqində idi. Zamanı geri döndürmək mümkün deyildi. Amma yenə də......
Bəzən insan arzu etməkdən başqa bir şey edə bilmirdi.
________________________________________________________________________________________________________________________________