Fəsil9
Araşdırma
Qızlar zombilər haqqında çox araşdırma aparmışdılar. Aylin:
-Araşdırmalarım nəticəsində belə qərara gəldim ki, zombilər qan iyi hiss etdikdə ona yaxınlaşırlar.
-Bizim də bəzilərimiz qandan qorxuruq...
-Tərifə bəsdir- Zeynəb əsəbiləşdi.
-Məncə , mağaranın bir çox yerinə heyvanlar aparaq.
-Onu bildim. Bəs , o səs nə idi? Deyəsən, üstümüzdə böyük yük var.
-Düzdür-Aylin qorxaq bir nəfəs verdi.
Qorxuram qızlar belə deməyin.- Tərifə divara qısıldı.
Amma, zombi boğanda, gecələr yatılı gəzəndə, keçən ay gecə vaxtı bizim evə gəlib yerdə yatanda, oyanıb özünü başqa yerdə tapanda qorxmursan. Zeynəb gözlərini yayındırdı. O biri qolu ilə əlinə dəstək verib əlini çənəsinin altına qoydu.
Dünya başdan-başa təhlükəyə bürünürdü. Elə bil, külək bütün dünyanı əhatə edirdi. İnsanlar bunu adi bir külək biləndə , bizim qızlar onun gətirəcəyi fəsadları bilirdilər.
Onların ailələri isə çox şübhələnmişdilər. Tərifənin anası elə hey deyirdi:
-Görəsən, qızlar niyə belə dəyişiblər?!
-Sənə elə gəlir onlar lunatikdirlər. – Zeynəbin arxayınlığını kimdən aldığı bəlli oldu.
-Mən də qatılıram – Aylinin anası təsdiqlədi.
-Amma , Tərifə bu aralar çox həssas olub.
-Əl çək də yazıq uşaqdan. – Dənizin anasından gözləniləcək bir cavab...
-Siz Allah, məni Banunun dərslərindən başqa heç nə maraqlandırmır. Əsas dərslərini yaxşı oxusun.- (Ağıllı Banunun ağıllı anası)
İndi qızlarımıza keçək. Aylin hazırlıqlarını görmüşdü. Banu hələ də araşdırmaqda idi. Dəniz evdəki kitabları alt-üst etmişdi. Tərifə ayıcığını qucaqlayıb ağlayırdı. Zeynəb də zombilər haqqında məlumatsız deyildi.

