İçeriğe geç

Lunatiklər binası

Bölüm 48 · 1 dk okuma

Lunatiklər binası

Bölüm 48

Üçüncü pərdə Dördüncü planetlə üzləşmə

Fəsil 7

Dördüncü planetlər üzləşmə

Bilmədiyim rəngləri görürdüm. Daha doğrusu heç nə görmürdüm. Çünki, gözüm ipək parça ilə örtülmüşdü. Ətraf nəmlik idi və mən soyuqdan donurdum. Anidən kimsə çiynimə jaket atdı. Bu materialı haradan olsa tanıyardım. Bizim məktəbin formasında olan jaket idi. Kim idi o şeytan gülüşlərin sahibi?

Addım səsləri yeyinləşdi. Ağzıma gələni çağırdım:

-Məni belə qorxuda bilməzsiniz, cənablar.

-Qrammatika səhvlərini xoşlamıram. Zəhmət olmasa, “cənab” xitabından istifadə et, Zeyno...

-Mənə Zeyno deməyi kəs!-Şeytan gülüşü...

Susdum. Danışmaq istəmirdim, halbuki, beynimdə milyonlarla sual var idi. Lakin bu suallara cavab verəcək şəxs “ Şeytan gülüşünün sahibi” deyildi. Sözə başladı:

-İlk öncə deyim: Z (zet) planetindən gəlirəm. Adım səni əlaqədar etmir. Dənizgili də yaxın vaxtlarda taparıq. Adaşın Zeynəblə isə şəxsi-qərəzliyim var. Narahat olma...-Sözünü kəsdim:

-Narahat deyiləm.

-Lap yaxşı. Səni öldürməyəcəm. Qatil olmaq istəmirəm. Sadəcə, intiqam almaq istəyirəm.

-Bəs, mən nəyinə lazımam?

-Sən vasitəçi olacaqsan, Zeyno. Çox kiçik bir şeyə görə hər şeyi böyütdünüz. Mənimsə qisasım adaşınladır. Siz vasitəçi olacaqsınız.- “Siz” deyərkən nəyi nəzərdə tuturdu?

Bu gün avqust ayının on ikisi, vrou ayının doqquzu idi. Anlıq olaraq yox olacağımız günlər yadıma gəldi.

Mən- 10 avrou

Dəniz-11 avrou

Aylin-12 avrou

Banu-12 avrou

Tərifə-13 avrou

Adaşım Zeze-14 avrou

Nərgiz-15 avrou

Məleykə-16 avrou

Ayşə-17 avrou

Həcər-18 avrou

Birdən birə fikirlərdən ayıldım. Şeytan gülüşlü Dənizə xitab edirdi:

-Dərya, Zeyno burdadır. Danışmaq istəyirsən-Dənizin ləqəbini haradan bilirdi.

-Kimsən , ay qardaş sən? Oyunun vaxtı deyil. Oyun oynamaq istəyirsənsə səni o biri dünyaya göndərəndə orada oynayarsan.

-Dərya yavaş , sakitləş.

-Zeynəbə ver telefonu.

-Duyğum(Dənizin ikinci ləqəbi) , yalvarıram gəlməyin. Zezeni də gizlədin.

-Sus. Cığalçılıq etmə, Zeyno. Yoxsa oyundan atılarsan. Bizdə də oyunlar squid game kimi olur-Yenə şeytan kimi qəh-qəhə çəkdi.-Ding-dong telefon söndü, Zeyno. Dəryan qurudu. Duyğuların soldu. Ding-dong -Şeytan gülüşü...

Bölüm sonu

2 yorum