İçeriğe geç

Lunatiklər binası

Bölüm 44 · 2 dk okuma

Lunatiklər binası

Bölüm 44

Üçüncü pərdə düşüncələr və onu görənlər

Fəsil 3

Düşüncələr və onu görənlər

Əlbəttə , gətirib küçənin ortasına raket qoya bilməzdik. Bunun üçün Nərgizin və Həcərin köməyinə ehtiyacımız oldu. Cəmi bir saata Lovitaya çatdıq. Artıq ora nifrət edirdim. Bilmirəm, neçənci dəfə idi ki, məni ailəmdən ayırırdı. O məni ayırmırdı. Amma , mən yenə də ora nifrət edirdim. Yersiz bir giriş etdim:

-Heç kim gəlib deməsin ki , bura üçün darıxdım. Həqiqətən, sizi boğaram.- Əsəbdən gözümdən bir damla yaş axdı.

Gözlərim nifrət etdiyim səmanı süzdü. Sonrası ... sonrasını xatırlamıram.

Gözümü açanda mənə heyrətlə baxan doqquzca cüt göz gördüm. Aylin, Dəniz, Banu, Tərifə, Nərgiz, Adaşım Zeynəb, Məleykə , Həcər və Ayşə ...

Gülərək dedim:

-Nə baxırsınız üzümə? Dəli olduğumu yeni öyrənirsiniz? Çantamdan kitabımı gətirin. Üstümü də açın. Avqust ayıdı. Pəncərəni də açın.-Üzümdə qəribə bir təbəssüm var idi.-Hər şeyi həll edib evə qayıdacağıq.

Artıq nə dediyimi bilmirdim. Telefonumu əlimə alıb baxanda gördüm ki, anamdan otuz cavabsız zəng gəlmişdi. Saat səkkiz idi. Telefonumu təyyarə rejiminə qoyub durdum. Mətbəxə keçib yemək axtardım. Bir şeylər atışdırıb divana oturdum. Oturanda paltarının heç rahat olmadığını hiss edib yataq otağına yönəldim. Otaqda Aylin var idi. Uzanıb telefonda qurcalanırdı. Gözucu mənə baxdı. Şkafı açıb bir dəst idman paltarı götürdüm. Paltarlarımı dəyişdikdən sonra bütün qızları qonaq otağına çağırdım:

-Biz bura nəyə gəlmişik və nə edirik? Nə isə var. Siz isə mənə demirsiniz. Mən düz dörd saat yatmışam. Həmin vaxtda nə isə olub. Nə olub? Niyə mənə demirsiniz?

-Biz , sadəcə, sənin psixologiyanla çox oynamaq istəmirik. Onsuzda bu vaxtlarda sinir problemləri yaşayırsan.-Aylin solğun bir ifadə ilə mənə dəqiq olmayan bir cavab verdi.

-Əgər mənə deməsəniz, fikir etməkdən daha pis olacam.-Qəti şəkildə dedim.

-Zeynəb yadında hamıya məktublar gəlirdi. Yox olacağımız vaxtla bağlı... O məktublar yenə gəlir. Bizə də gəlib yenə problemlər başlayır. İkinci pərdə də bitir. Üçüncü pərdə başlayır. Amma o pərdəni də bağlamadan öncə heç bir problem baş verməsə yaxşıdır...-Dənizin cavabı məni özümdən çıxardı. Özümə görə pis olmurdum. Ailəmə hər şeyi danışıb onlarla sağollaşa bilmədiyim üçün pis olurdum. Mən ən günahkar idim. Dünya gözümdə ağardı. Əslində ,qaraldı . Heç kimi görmək istəmirdim. Mən günahkar idim. Özümü ağlamamaq üçün çətin tuturdum. Problem bataqlığına batdıqca batırdıq. Onların bədənlərinin yarısı batmışdı. Mən isə artıq nəfəs ala bilmirdim. Hər şey boğazımda tıxanırdı. Demək istədiyim , amma deyə bilmədiyim sözlər, nəfəsim, göz yaşlarım...

Bölüm sonu

4 yorum