Fəsil 8
Yerdə təhlükə
Yerdə zombilər ortaya çıxmışdılar. Amma onların varlığına inananlara görünürdülər. Onları aparırdılar. Hər kəs təşvişə düşmüşdü. Dəlixanalar boşalmışdı. Yenə də qızları aparmırdılar.
Nərgiz Aylingilə mesaj yazdı:
Nərgiz*
Zombilər bura tökülüşüblər. Hamını aparırlar. Nə edək?
Bu çarəsiz mesaja yarım saat sonra cavab gəldi:
Aylin*
Burda da . Aparılanların cibinə airtag, səs cihazı və kamera yerləşdirin. Görək, hara gedəcəklər. Bu boyda insan hara yoxa çıxır?
Nərgiz*
Ok.
Nərgiz mesajı bütün qızlara göndərdi. Zeynəb və Məleykə bu işi öz boyunlarına götürdülər. Zeynəb cihazları gətirdi. Məleykə isə çətinliklə də olsa onları insanların cibinə qoydu:
-Elədim.
-Əla- Ayşə sevindi.
-İndi qaldı gözləmək...- Həcər fikirli-fikirli əlavə etdi.
- Hə-Zeynəb də təsdiqlədi. Axır ki, axşam düşdü. Hamısı narahat olsalar da yatdılar.

