İçeriğe geç

Lunatiklər binası

Bölüm 11 · 1 dk okuma

Lunatiklər binası

Bölüm 11

Birinci pərdə Dərslərin gedişatı

Fəsil 11

Dərslərin gedişatı

Qızlar məktəbə gələndə artıq rəqəmsal bacarıqların birinci dərsi başlamışdı.

Dərslərin ikisi də keçdi. İngilis dili dərsində qızlar çox fəal idilər. Çünki, Elnarə müəllimə onlardan dərsə daha diqqətlə yanaşmalarını tələb etmişdi. Riyaziyyat dərsində Uğur onların adlarını çəkməmişdi. Qızlar idman dərsinə girmədilər. Dəniz və Zeynəb kitab oxuyurdular. Banu şəkil çəkirdi. Aylin Azərbaycan dili dərsini hələ indi yazırdı. Tərifə isə dəftərini bəzəyirdi. Bu dərsi də belə yola verdilər. Azərbaycan dili dərsində qaydanı Aylindən başqa hamı öyrənmişdi.

Dərslər bitdi yeməkxanada heç biri yemək yemədilər. Banu , Aylin , Tərifə başqa uşaqlarla zombi oynadılar. Bu fikri Aylin irəli sürmüşdü . Dənizlə Zeynəb əllərində kitab yan-yana oturmuşdular. Dəniz “Harri Potter və Sirlər Otağı”nı oxuyurdu. Zeynəb isə “Diribaş qızlar klubu”nu oxuyub gülürdü. Axır ki, hamı sinfə qayıtdı. Dəniz və Tərifə Banunun yanında oturub rus dili dərsini hazırlayırdılar. , çünki Banu rus dilini əla bilirdi. Zeynəblə Aylin də birgə hazırlaşırdılar. Sonra qızlar paraları birləşdirib Almaz müəllimənin rəsm dərsindən verdiyi Qərb hökmdarını çəkdilər. Azərbaycan dili üçün testi də etdilər. Ədəbiyyat mövzu vermişdi. Qızlar növbə mövzunu oxudular. Sonuncu dərs riyaziyyat olacaqdı. Müəllim iki səhifə tapşırıq vermişdi. Qızlar onu da yazdılar. Aylin və Dəniz gimnastikaya getdilər . Zeynəbgil isə hər kəsin əməyi olan “Mega challenge “ı oynadılar. Saat beşin yarısı idi. Aylin və Dəniz tər içində qayıtdılar. Hamı çantasını yığdı. Qızlar qorxulu hekayələr danışıb paltarlarını geyinməyə başladılar. Saat beşə on dəqiqə qalmış Elnarə müəllimə uşaqları buraxdı. Lakin mühafizəçi buraxmadı. Nəhayət , saat beşdə üç dəqiqə qalmış qızlar çıxdılar. Evə birlikdə getdilər. Altının yarısı qızlar köhnə görkəmli binalarına çatdılar. Banu ilə Tərifə liftlə qaldıqları üçün sağollaşdılar. Dəniz, Aylin və Zeynəb birgə qalxdılar . Dəniz və Aylin Zeynəbi üçüncü mərtəbəyə ötürdükdən sonra ikinci mərtəbəyə düşüb evlərinə getdilər.

Bölüm sonu

2 yorum