İçeriğe geç

Laboratoriya siçanı

Bölüm 7 · 1 dk okuma

Laboratoriya siçanı

Bölüm 7

"Mükəmməl " silahım

- yenə? Yenə bıçaq?

- yox bu bıçaq deyil. Əmin ola bilərsən.

Əlindəkini diqqətlə mənə uzatdı.

- götür. Məncə xoşuna gələcək.

Məndə yavaşca örtüyü qaldırdım. Bu zaman 1 metr 40 sm lik bir qılınc məni qarşıladı. Ancaq bu digər qılınclardan fərqli görünürdü. Sanki... Sanki yarısı yoxa çıxmışdı... Sanki nazik olan bu qılıncı kimsə daha da naziltmək istəmiş və onu uzunlamasına kəsmişdi. Ancaq bu niyyətinə nail ola bilməmiş, qılıncın uc hissəsində hardasa 13 sm hissə olduğu kimi qalmışdı.

- bunun niyə yarısı yoxdur.

-elə lazımdır. Bu sənin üçün ən uyğun silahdır.

-əminsən?

- hə... indi Əlindəki bu silahı sənə istifadə etməyi öyrədəcəm. Amma əvvəlcə onunla tanış ol. Bunun adı da katana dır. Ancaq katananın dəyişdirilmiş forması. Yəni ki, normal katana nı işlətmək üçün qol gücü lazımdır. Ancaq bu katana nı işlətmək üçün isə çeviklik və elastiklik lazımdır. Mənə hücum etməyə çalış bu qılıncla mənə hücum et. Qılıncı dik tut, iynə kimi istifadə etməyə çalış.

İndi gəl mənə o qılıncla vurmağa çalış.

Mən birdən birə sürətlə o doğru qaçmağa başladım. Qılıncın yüngüllüyü mənə çox kömək edirdi. Birdən birə sıçradım və 2 dəfə qılıncımı iynə kimi istifadə etdim. İlk dəfə belə rahat idim. İlk dəfə... ilk dəfə güclənə biləcəyimə dair bir ümidim yarandı. İlk dəfə beynimin içi bu qədər sakitləşmişdi. Birdən birə yerə endim. Ona 1 dənə cızıq da ata bilmədim.

- oyda... bu çox yaxşıdır. Sənə heç sıçrayış ı söyləməmişdim. Tez öyrənirsən bu nu sevdim. İlk dəfəyə görə çox yaxşıdır. Onda "baş" silahın seçilmiş oldu.

- necə yəni "baş" ?

Birdən birə mənə baxıb gülümsündü.

- həqiqətən də fikirləşmədin də, sənə sadəcə bir silah öyrədəcəm?

- h..hə?

- çox gülməlidir. Nəysə... bu günlük bu qədər.Evinə get. İstəyirsən sə, qılıncı da özün ilə apara bilərsən.

Bölüm sonu

1 yorum