İçeriğe geç

Başlıksız

Bölüm 3 · 1 dk okuma

Başlıksız

Bölüm 3

"Mərhəmət də günəş kimidir"

+Hələ də onun başı üstə çətir tutursan?

- Mən çətir tutmuram...

+ Bəs nə edirsən?

- Onun üşüməməsi üçün özümü yağışa verirəm.

+ Axı sadece bir pişikdir.

- Bəli.... Sadece bir pişik.

+ Səncə, dəyərlidirmi?

- Gözlərimə bax...

+....

- Orda bir pişik görürsən? Yoxsa bütün sevdanın izlərini?

+ Sən özün islanırsan

- Mən islanıram ki, o yaşasın.

+ Bu qədər sadəmi?

- Sade olduğu qədər dərin...

+ Niyə bu qədər fərqlisən?

- Çünki bir zamanlar məndə islanmışdım. Və heç kim mənim üzərimə çətir tutmamışdı

+ İndi onu qorumaq nəyi dəyişdirdi?

- O üşüyərdi... Mən isə vicdanımla.

+ O isə bilmir sən kimsən..

- Amma mən bilirəm : mən onun bu dünyada rast gəldiyi ən gözəl təsadüfəm.

(Uşaq əyildi, pişik gözlərini yumdu. Yağış dayanmadı... Amma dünya isindi...)

"Simurq"

Bölüm sonu

5 yorum